Meyvə və bitki qatılmış sular, həm təzələyici, həm də təmizləyici olmaları səbəbi ilə mükəmməl bir vasitədir. Sizə həm bol su içməyiniz, həm də maddələr mübadilənizi tezləşdirəcək detoks suları təqdim edirik:
1. Çiyələk, limon və ağ reyhan
4, 6 çiyələk, 1 ədəd limonun yarısı və bir ovuc ağ reyhanı suya əlavə edin.
2. Qarpız və nanə
Çox təzələyəci detoks istəyirsinizsə, 2 dilim qarpız və bir ovuc nanəni suya əlavə edin.
3. Çiyələk, yaşıl limon və xiyar
Çiyələkləri ikiyə bölün. Dilimlənmiş limon və xiyarı çiyələklə bərabər suya əlavə edin.
4. Moruq, gül ləçəkləri və vanil
Vanili çubuq formada əlavə edə bilər, beləcə dadlı bir su əldə edə bilərsiniz.
5. Kivi və xiyar
C vitamini mənbəyi kivi ilə xiyarı birlikdə istifadə edərək mükəmməl bir detoks hazırlaya bilərsiniz.
6. Moruq və bal
Şirin detoks suyu içmək istəyirsinizsə, moruq və balı birlikdə istifadə edin.
7. Ananas və nanə
Həm şirin, həm də canlandırıcı bir detoks suyu üçün ananas və nanədən yararlana bilərsiniz.