Qadin.NET / Ətdən çox istifadə hansı fəsadlara yol açır?

Ətdən çox istifadə hansı fəsadlara yol açır?

Ətdən çox istifadə hansı fəsadlara yol açır?

Mədə problemləri

Həddindən artıq ət yemək ən çox həzm sisteminə təsir edir və mədədə bir neçə problemin yaranmasına yol açır. Çətinliklə həzm olunur. Mədədə ağrı, bağırsaqlarda qaz, şişlik kimi problemlər yaranır. Qovurma və qızartmanın yerinə, qaynadılmış ət yemək daha məqsədə uyğundur.

 

Öd kisəsi problemləri

Ət məhsullarından istifadə yağ istifadəsinin artması deməkdir. Bu öd kisəsinə və mədəaltı vəziyə təsir edir.  Xüsusilə, öd kisəsində daş yaranması bu səbəbdən qaynaqlanır. 

Ətdən çox istifadə hansı fəsadlara yol açır?

Qəbzlik

Ətdən çox istifadə bağırsaqlarında qəbzlik yarada bilir. Bunun qarşısını almaq üçün ətlə birlikdə tərəvəzlə qidalanmaq lazımdır.

Ətdən çox istifadə hansı fəsadlara yol açır?

 

Ətlə qidalanan insanlar bu tövsiyyələrə diqqət etsin:

- Yaratdığı problemləri azaltmaq üçün əti mütləq tərəvəz və meyvə ilə birlikdə yeyin.

- Yediyiniz ətin mümkün olduqca yağsız olmasına diqqət edin.

- Həzmi asanlaşdırmaq üçün əti yaxşıca çeynəyin.

- Gündə 8-10 stəkan su için.

- Ətlə birlikdə kaloriyası yüksək olan içkilər içməyin.

 

 

4 oktyabr 2017
GO BACK