Qadin.NET / Bildiklərimiz və bilmədiklərimiz

Bildiklərimiz və bilmədiklərimiz

Bismillahir-rəhmanir-rəhim
İmam Sadiq (ə) : "Şam yeməyini duzla üç loxma çörək şəklində olsa belə, tərk etməyin. Hər kəs şam yeməyini bir gecə yeməsə, onun bədənində bir damar ölər ki, heç vaxt dirilməz".

İmam Rza (ə) : "Bədəndə “şam yeməyi” adlanan bir damar var. İnsan şam yeməyini yeməyəndə həmin damar səhərə qədər o şəxsə qarğış edərək deyir: “ Sən məni ac qoyduğun kimi Allah da səni ac qoysun, məni susuz saxladığın kimi Allah da səni susuz saxlasın!” Heç biriniz bir loxma çörək və ya bir içim su ilə olsa belə, şam yeməyini tərk etməyin".

İmam Rza (ə): "Kimsə mədəsinin ona əziyyət verməməsini istəyirsə, yeməyini bitirməmiş su içməsin. Yemək əsnasında su içən şəxsin bədənində rütubət artar, mədəsi zəifləyər və damarlar o yeməkdən güc ala bilməzlər. Çünki yeməyin üstünə tədricən su töküldükdə mədə genişlənir".

İmam Sadiq (ə): "Armud mədəni saflaşdırıb onu gücləndirir. O və heyva eyni şeydirlər. Toxqarına armud yemək acqarına yeməkdən daha faydalıdır. Hər kəs mədəsində ağırlıq hiss edərsə, yeməyin üstündən armud yesin".

İmam Sadiq (ə): "Pendir özündən qabaq yeyilənləri həzmə verir və iştaha yaradır".

 


Imam Kazım (ə): "Əlinin (ə) dərmanı kəklikotu idi. O deyərdi: Kəklikotu mədə üçün paltarın üzərindəki narın tük kimidir".

İmam Sadiq (ə): "Xurma qurtaran vaxtlarda badımcan çox yeyin. O, hər bir dərdin dərmanıdır. Üzü gözəlləşdirir, damarları yumşaldır".

İmam Əli (ə): "Bal bütün dərdlərin dərmanıdır, özündə isə heç bir dərd yoxdur. O, bəlğəmi azaldır və ürəyi nurlandırır".

İmam Sadiq (ə): "İnsanlar almada nələrin olduğunu bilsəydilər, xəstələrini ondan başqa heç nə ilə müalicə etməzdilər. Almanın xüsusilə ürəyə faydası çoxdur. O, ürəyi yuyur".

İmam Əli (ə): "Narı onun əti ilə yeyin! Bu, mədəni təmizləyir".

İmam Əli (ə): "Nə üçün Quranda tibb elmindən savayı bütün elmlər vardır? Sualının cavabı: Quranda bir ayə vardır ki, bütün təbabəti özündə ehtiva edib: “Yeyin, için, amma israf etməyin!”



 

26 iyul 2011
GO BACK