Qadin.NET / Şəfalı nar qabığı

Şəfalı nar qabığı

 

Şəfalı nar qabığı

 

1. Nar qabığı ürək üçün çox faydalıdır - ürək əzələsini qoruyur, damarları gücləndirir və təmizləyir. Ürək xəstəliklərinə qarşı 1 ədəd orta ölçüdə olan nar qabıqlarının üzərinə 1 stəkan qaynar su əlavə edin, 30 dəqiqə ərzində dəmləyin, süzün və gün ərzində çay kimi için. Çaya bal və zəncəfil də əlavə etmək olar.

 

2. Nar qabığı ishal zamanı çox yaxşı köməkçidir - bağırsaqları toplayır, iltihabı azaldır. Nar qabığını yuxarıda qeyd etdiyimiz kimi, çay kimi dəmləyin və gün ərzində için. Belə bir çayı uşaqlara da vermək olar.

 

Şəfalı nar qabığı

3. Nar qabıqlarının çayı damaq problemlərinə də yaxşı təsir edir - damağı möhkəmlədir, damaq qanaxmasını azaldır. Çay ilə ağzınızı gün ərzində bir neçə dəfə qarqara edin. Dişdə iltihab zamanı və dişin çəkilməsindən sonra nar qabıqlarının çayına 1 çay qaşığı duz əlavə edin və qarqara edin və ya çayı ağzınıza alın və bir neçə dəqiqə ərzində xəstə və ya çəkilmiş diş tərəfində gözlədin. Diş çəkildikdən sonra qanaxma bəzən çox güclü olur. Nar qabıqlarının çayı qan sızmanın dayandırılmasına yardımçı olur. Adətən ağız içində iltihab, yara və bənzəri hallarda nar qabıqlarının çayı kömək olur.

 

Şəfalı nar qabığı
4. Nar qabıqlarının çayı bağırsaq qurdlarını qovucu təsirə malikdir.
5. Nar qabıqlarının çayı öskürək zamanı da kömək edir. Çayı 1/3 stəkan olmaqla gün ərzində 3 dəfə ilıq olaraq için. Çaya bal əlavə edin.
 
Şəfalı nar qabığı
6. Nar qabıqlarının çayı qastrit və mədə xorası zamanı da müsbət təsir edir; İltihabı azaldır, xora və yaraların sağalmasını sürətləndirir.
15 iyul 2017
GO BACK