İnstagramı təsiri altına alan yeni sağlamlıq trendi, kömür lattedir. Kömür latte aktiv kömür və süddən hazırlanır.
Aktiv kömür zəhirlənmənin qarşısını alır, çünki zəhərin bədəndən atılmasını təmin edir.
Kömür latte bədəndə detoks təsiri yaradır və həzm sistemini təmizləyir.
Ancaq bəzi mütəxəssislər qaraciyər və böyrəklərin detoks üçün əlavə vasitəyə ehtiyacı olmadığını bildirir. Həmçinin kömürün bədəndəki zəhərlə birlikdə dərmanları, sağlam yağları və qidlandırıcıları da ata biləcəyi mövzusunda diqqət etməklərini tapşırır.