Qış günlərinin əvəz edilməzi olan bitki çayları yaz aylarında da istifadə edilir. Maye istifadəsi əhəmiyyət qazandığı yaz aylarındada yaşıl çay və bitki çaylarını soyuq içməyi tövsiyə edən Fitoterapiya Dərnəyi Başqanı Proffessor dr. Ekrem Sezik, həm şəfa, həm də sərinlik yaradan çaylar haqqında tövsiyyələr verdi.
Soyuq bitki çayı necə hazırlanır?
Professor Dr. Sezikin reseptinə görə, böyük bir stəkanın içinə, istədiyini bitki çayından bir paket qoyun və üzərinə bir stəkan tam dolmayacaq miqdarda isti su əlavə edin. 5 dəqiqə saxlayıb poketi çıxardın.
Bir müddət gözlədikdən sonra stəkanın ağzını örtüb soyuducuya qoyun. İçinə 1-2 kub buz əlavə edərək içə bilərsiniz.
Fərqli dadlarla sərinləyin
1 paket çobanyastığı çayı dəmləyərək otaq istiliyində gələndə soyuducuya qoyun. İçinə 1-2 kub buz, 1-2 dilim limon və ya təzə nanə əlavə edərək dadlandıra bilərsiniz.
Bal əlavə edin
Dilədiyiniz çayı bu reseptə görə dəmləyərək yaz aylarında sərinləyə bilərsiniz. Çayınızda bir az dad ehtiyacı hiss etdiyinizdə bal əlavə edərək içə bilərsiniz.