Qadin.NET / Bayramdan sonra necə qidalanmalıyıq?

Bayramdan sonra necə qidalanmalıyıq?

Bayramdan sonra necə qidalanmalıyıq?

Bir aydır aclıq, susuzluqla imtahana çəkildikdən sonra ən əsas məsələ mədə problemləri ilə qarşılaşmamaq üçün qidaya diqqət etməkdir.

Daha az yeməyə və uzun müddət aclığa vərdiş edən mədəyə ağırlıq verməmək lazımdır. Elə dietoloqlar da Ramazan sonrası insanların qidalanma qaydalarına ciddi əməl etmələrini tövsiyə edir.
Günə başlayarkən mütləq səhər yeməyini yeyərək başlamaq, nahar və şam yeməklərini qaçırmamaq mütləqdir.

Yemək üçün çoxlarının səbirsizləndiyi, lakin iftar və imsak arası doyunca yeyə bilmədiyi şirniyyatlar, yeməklər ola bilər ki, bunlar bir rasionda deyil, həftə ərzində az-az yeyilməlidir. 

Bayramdan sonra necə qidalanmalıyıq?

Qidanın kalori və miqdarına ciddi nəzarət edilməlidir. Hər gün zərərli və yüksək kalorili yeməklərlə qidalanmaq 1-2 həftə ərəzində yüksək çəki artımına gətirib çıxara bilər. Hətta Ramazan bayramı boyunca qonaqlıqlarda yeyilən şirniyyatlar belə insana xəbəri olmadan 1-2 kilo çəki qazandıra bilər.

Bayramdan sonra və bayram günü nahar edərkən tərəvəz məhsulları ilə zəngin qidalardan istifadə edilməlidir. Çünki ən yüngül qidalar tərəvəzlərdir. Buna görə də az yağda qızarmış tərəvəzlər nahar üçün ideal hesab edilir.

Bayramdan sonra necə qidalanmalıyıq?

Bayram qonaqlıqlarında hər kəs payına düşən şirniyyatın yarısını yeməklə kifayətlənməlidir. Məsələn, iki paxlavanın birindən mütləq imtina edilməlidir.

Günə dinamik başlamaq, gün boyu hərəkət etmək, gediləcək yerlərə piyada səyahət sağlamlıq və artıq çəki yığımamaq üçün faydalıdır. Şam yeməyindən sonra təmiz havada gəzmək daha məqsədəuyğundur.

Bol su içməyi də unutmayın. Dietoloqlar suyu az kalorili içkilərlə əvəz etməyin də mümkün olduğunu deyirlər. Ən yaxşısı isə tərəvəz, nanə və limonlu içkilərdir.


15 iyun 2018
GO BACK