Qadin.NET / İmmunitet sistemini gücləndirən qidalar

İmmunitet sistemini gücləndirən qidalar

İmmunitet sistemini gücləndirən qidalar

Vitamin mənbəyi kələm

Kələm qan azlığı və sinir sistemi inkişafı üçün lazımlı folat və hüceyrə funksiyalarında vəzifəli kalium baxımından da zəngin bir mənbədir. Əslində düzgün bişirilmiş bir kələmin nizamlı olaraq yeyilməsi, bədən üçün lazımlı vitamin ehtiyacının vacib bir hissəsini qarşılaya bilir, immunitet sistemini gecləndirir.

 

Zəngin lif mənbəsi ispanaq 

İspanaq, A və C vitamini ilə fol baxımından zəngindir, lif baxımından isə zəngin tərəvəzdir. Üstəlik az kaloriyalı bu qidanın diqqət edilməsi lazım olan bir xüsusiyəti daha var. Tərkibindəki oksalat deyilən maddə, kalsiumu bağlayan və böyrək daşı problemi artıra bilən tərkibdədir. Bu tərəvəz azca bişirildiyində oksalat tərkibi azalır, diyetadakı kalsium sərbəstləşir və bu problem həll edilmiş olur.

İmmunitet sistemini gücləndirən qidalar

Yüksək təzyiqin düşməni balqabaq

Tərkibində C, B vitaminləri, fol turşusu, kalium və yüksək miqdarda karoten var. Həzm sisteminin sağlam işləməsi və zərərli bir sıra maddələrin bədəndən atılmasında vacib rol oynayan balqabaq lif baxımından da zəngindir. 

Mükəmməl bir maye mənbəyi kahı

Tərkibində yüksək miqdarda A vitamini və bir miqdar fol var. A vitamini, bütün həzm və tələffüz sistemlərinin iç səthlərində, gözdə, immunitet sistemində vacib qoruyucu vəzifələrə sahibdir.

İmmunitet sistemini gücləndirən qidalar

Az kaloriyalı bol vitaminli çuğundur

Tərkibində A, C, K vitaminləri var. Sizi xəstəliklərdən qorumaq üçün mükəmməl bir üsuldur.

 

11 iyun 2017
GO BACK