Alma və bitter şokoladı
Alma və şokoadı birlikdə yemək, immunitet sistemini gücləndirir, beyin fəaliyyətini artırır. Ürək və qan-damar sistemini yaxşılaşdıraraq xərçəng riskini azaldır.
Yulaf əzməsi və portağal suyu
Yulaf əzməsi və portağal suyunun birlikdə qəbulu, həzm sistemini nizamlayır və bədənin toksinlərdən təmizlənməsini təmin edir.
Pomidor və qaraciyər
Xüsusilə, dəmir çatışmazlığı yaşayanların bu ikilini yeməsi lazımdır. Bədəndəki dəmir çatışmazlığı, halsızlığa, xroniki yorğunluğa, maddələr mübadiləsinin sürətinin keyiməsinə, ürək və qan-damarlar ilə bağlı problemlərə xeyirlidir. Qaraciyərdə olan dəmir pomidorla birlikdə daha yaxşı əmilir.
Keşniş və limon
Keşniş və limon möhtəşəm bir ikilidir. Yaşıllıqlarda olan dəmir, C vitamini tərkibi limonla birlikdə qan dövranını yaxşılaşdırır, immunitet sistemini gücləndirir və maddələr mübadiləsinin tezləşməsini təmin edir.
Yaşıl çay və limon
Yaşıl çayı bir dilim limon ilə içmək, susuzluğu aradan qaldırmaq və enerjini artırmaq üçün mükəmməl bir yoldur.
Pomidor və zeytun yağı
Hər şeydən əvvəl çox ləzzəti bir ikilidir. Pomidorda olan likopen, zeytun yağı ilə birlikdə daha yaxşı əmilir. Bu da ürək və qan-damar sistemini yaxşılaşdırır, şiş yaranmasını əngəlləyir.