Meyvə
Xüsuilə, antioksidan baxımından zəngin qaragilə, çiyələk, böyürtkən sərbəst radikallara darşı beynə qoruyucu təsir edir. Sərbəst radikallar hüceyrə zədələnməsinə səbəb olan birləşmələrdir.
Tərəvəzlər
Brokoli, ispanaq kimi tərəvəzlər beyinin gücünü artıraraq yaddaşı gücləndirir. Bu tərəvəzlər bunu K vitamini sayəsində edirlər. Xüsusilə, qırmızı soğandakı fisetinin uzun müddətli yaddaşı gücləndirməsi istiqamətində araşdırmalar mövcuddur.
Şokolad
Pəhriz siyahılarında da şokolad yemək istəyirsinizsə, bitter şokolad yeməyinizi tövsiyə edirik. Bitter şokolad yüksək kakao tərkibi ilə endorfini təmin edərk beyin reseptorlarını işə salır. Aşağı şəkər tərkibi ilə də pəhrizə qatqısı olur.
Yumurta
Yumurta tərkibindəki A, B, B12, D vitaminləri ilə beynin yaddaş ilə əlaqəli hissəsinin inkişafını təmin edir. Bu səbəblə hər səhər yeməyində bir ədəd qaynadılmış yumurtanı beyin sağlamlığınız üçün yeyin.
Süd və süd məhsulları
Süd və süd məhsulları yumurta kimi yüksək protein tərkiblidir və bu səbəblə bədən toxumalarının inkişaf etməsini təmin edir. Eyni zamanda yaddaşı da gücləndirir.