Qadin.NET / Sizi 10 il daha gənc göstərəcək qidalar

Sizi 10 il daha gənc göstərəcək qidalar

Hamımız mümkün olduğu qədər olduğumuzdan daha gənc görünmək istəyirik. Bəzi qidalarla bunu etmək mümkündür.

Sizi 10 il daha gənc göstərəcək qidalar

Avakado

Tərkibindəki yüksək miqdar da yağ sayəsində avakadonun sizə çəki qazandıracağını düşünürük. Amma avakado da olan yağlar sağlamlığa xeyirli yağlardır. Gündə 1 avakado yemək xolestrol səviyəsini aşağı salır və dərinizin yenilənmə müddətini dəstəkləyir. Bədəninizə vitamin C, kalium və müxtəlif antioksidanların alınmasını təmin edir. 

Sizi 10 il daha gənc göstərəcək qidalar

Çiyələk, gilas və tut

Bu kiçik meyvələrin tərkibindəki yüksək antioksidan miqdarı sayəsində müxtəlif hüceyrə ölümünü və zərərlərinin qarşısını alır. Ayrıca oynaq ağrısına azaldır və şişi yox edir. Lakin zehni fəaliyyətlərə olan faydalarına görə qara quş üzümünün istifadəsi mütəxəssislər tərəfindən tövsiyyə olunur.

Sizi 10 il daha gənc göstərəcək qidalar

Kök

Bu tərəvəzin tərkibindəki  A vitamini bədəndə ən çox gözə xeyirlidir. Ayrıca UV şüalarına məruz qalmış dəridə meydana gələn qırışıqlıqlardan qoruyur. Kökü çox bişirməməyə diqqət edin, çünki bu tərkibindəki qidalandırıcı vitaminləri azaldacaqdır.

Sizi 10 il daha gənc göstərəcək qidalar

Sarımsaq

Sarımsaq sadəcə vampirləri uzaqlaşdıran bir silah deyildir. Eyni zamanda uyğun bir formada istifadə olunsa, infeksiyaları məvh edər. Göbələkləri və bakteriyaları öldürücü xüsusiyyəti ilə bu möhtəşəm qida təbii antibiotiklərin ən vaciblərindən biridir. Qocalmaya qarşı təsiri də vardır. Ayrıca, xolestrolunuzu tarazlayır, qan dövranını tezləşdirir və yüksək təzyiqin qarşısını alar. Müxtəlif xərçəng xəstəliklərinə tutulma riskini azaldır.

Sizi 10 il daha gənc göstərəcək qidalar

Qara şokolad

Qara şokoladın sağlamlığa bir çox faydası vardır. Dərinizi UV şüalarının zərərli təsirlərindən qoruyan, sərbəst radikallarla savaşan və dəridəki nəm miqdarının tarazlaşdıran flavanoidlər kimi bir çox antioksidandan ibarətdir. Lakin bütün bu faydaları sadəcə tərkibində 75% kakao olan şokolaqlar sizə verə bilər.

12 aprel 2017
GO BACK