Qadin.NET / Qan azlığı üçün meyvə suyu

Qan azlığı üçün meyvə suyu

Mütəxəssislər qan azlığını və qan azlığına səbəb olan dəmir çatımazlığının, xüsusən, uşaqların zehni inkişafı üzərində təsirə səbəb olduğunu söyləyir. C vitamini sayəsində qan azlığından xilas olmağın mümkün olduğunu bildirən mütəxəssislər, meyvə suyu istifadəsinin vacibliyini vurğulayırlar. Bədənimizdəki qanın azalması və dəmir çatışmazlığı yaşam keyfiyyətimizi azaldır. Dəmir çatışmazlığı, xüsusilə, uşaqların zehni inkişafında vacib bir rol oynadığını bildirib, qidalardan alınan dəmirin həlli üçün meyvə suyu içilməsini tövsiyə edirlər.

Qan azlığı üçün meyvə suyu

Qan azlığı necə yaranır?

" Qan azlığı, qandakı hemoqlabin miqdarının azalması olaraq bilinməkdədir. Bu da dəmir çatışmazlığına səbəb olur" deyən Erciyes Universiteti Qidalanma və Dieta bölümü professoru Neriman İnanç dəmir çatışmazlığının ümumilikdə çox tez yarandığını, uşaqlıq və yeniyetməlik çağı ilə hamiləlik dövründə yarandığını vurğuladı və bu açıqlamanı etdi:

" Dünyada  hər 5 kişidən biri, hər 3 qadından biri, hər 2 hamilədən biri, hər 5 uşaqdan biri qan azlığı problemini yaşayır. Ancaq bir çoxu bu vəziyyətlərindən təəssüf ki, xəbərsizdirlər. İnkişaf etmiş ölkələrdə 0-5 yaş arası uşaqlarda qan azlığına rastlanma sıxlığı 4 ilə 20 arasında olarkən, inkişafda olan ölkələrdə eyni yaş qrupunda bu sayı yüzdə 80-nə qədər çıxır. 

Qan azlığı üçün meyvə suyu

C vitamini dəmir həllini artırır

Dəmirin həm heyvan, həm də bitki tərkibli qidalarda olduğunu bildirən professor İnanç, " Ancaq qidalardakı dəmirin tamamı bədəndə həll olmur. Aldığımız dəmirin xeyirli ola bilməsi üçün C vitamini tərkibli qidalarla birlikdə istifadə olunmalıdır. Məsələn, yeməklə alınan 500 milliqram C vitamini dəmirin həll olunmasını 6 qat artırır. Bu səbəblə vitamin alımını artırmaq üçün meyvə suları yaxşı mənbədir. Xüsusilə, C vitamini tərkibində  portağal suyu, ananas suyu,  və limonat kimi meyvə sularının yüksək miqdarda protein və dəmir olan bir yeməklə birlikdə yeyilməsi dəmirin həll olunma təsirini artırır".

Diqqət olunması vacib olan tək məsələ içilən meyvə suyunun təzə sıxılmış olmasıdır. 

 

8 aprel 2017
GO BACK