Ən təmiz tərkibli meyvələrdə belə dörd tip kimyəvi dərmanlardan biri istifadə olunur. Kimyəvi dərmanlar sonsuzluq və şəkər kimi xəstəliklərə səbəb olur.
ABD Kənd təsərrüfatı Nazirliyinin 48 tərəvəz və meyvədən aldığı 36 000 dən artıq nümunə üzərində etdiyi araşdırma nəticəsində çiyələyin meyvələr arasında ən zəhərli tərkibə malik olduğu və bazardakı çiyələklərin 70 % nin tərkibində kimyəvi dərmanların olduğu öyrənildi. Bir çiyələkdə 20 fərqli tipdə kimyəvi dərman tapıldı.
Araşdırma aparılan digər qidalara görə ispanağın tərkibində iki qat daha artıq kimyəvi maddə tapıldı.
Araşdırmaya görə tərkibində çox miqdarda kimyəvi dərman olan meyvə və tərəvəzlər:
Çiyələk
İspanaq
Alma
Şaftalı
Armud
Albalı və gilas
Üzüm
Kərəviz
Pomidor
Bolqar bibəri
Kartof
Araşdırmaya görə ən az miqdarda tərkibində kimyəvi dərman olan meyvə və tərəvəzlər:
Avakado
Ananas
Qarğıdalı
Kələm
Soğan
Dondurulmuş noxud
Manqo
Badımcan
Yemiş