Qadin.NET / Nanə çayının faydaları

Nanə çayının faydaları

 

Nanə çayının faydaları

Yüz illərdir həm yeməklərdə, həm də təbii bir şəfa qaynağı kimi istifadə olunan nanə, yunan mitologiyasında belə özünə yer edən bir bitkidir. Özünə məxsus olan fərahladıcı qoxusu ilə çox keçmiş zamanlardan günümüzə qədər gəlib çıxan və geniş istifadə olunan bir bitkidir.

Bundan  başqa nanə fərqli mədəniyyətlərdə fərqli üsulda istifadə olunur. Orta Asiya ölkələrində gələn qonağa təqdim edilən çay kimi istifadə olunur. Nanə quruldummuş, maye şəklində, həb şəklində və nanə yağı kimi istifadə oluna bilir. 

Nanə çayının faydaları

Nanə çayının faydaları

Mədə narahatlığına təsiri: Mədə ilə bağlı olan bəzi bağırsaq problemlərinə, qusma və ürək bulanma, ishal, mədə ağrılarına və qəbzliyə qarşı təsir göstərən bir bitkidir.

Yüksək temperatur, öskürək və ürək bulanma problemlərini aradan qaldırmağa kömək edir. Xüsusilə səyahət zamanı mədə problemləri yaşayanlara nanə yarpağı və ya nanə çayı məsləhət görülür.

Həzmə kömək edir. Yemək yedikdən sonra bağırsaqda və mədədə yaranan qazları yox etmək üçün nanə istifadə olunur.

İmmuniteti gücləndirir. Stressi idarəsi altına alır. Nanənin qoxusu və dadı stressi yox etmək xüsusiyyətinə malikdir.

Ağız qoxusunu yox edir. Nəfəsdə pis qoxuların qarşısına keçilməsi üçün nanə çayından istifadə olunur. Davamlı şəkildə istifadə edilən nanə çayı ağız qoxusuna fərahladıcı təsir göstərir. 

Nanə alergiya tipli xəstəlikləri olan insanlara pis təsir edə bilər.

25 yanvar 2017
GO BACK