Qadin.NET / Meyvə yeməyi unutmayın!

Meyvə yeməyi unutmayın!

Qidalanma nizamı bir insanın həyati funksiyalarını yerinə yetirə bilməsi üçün vacibdir. Xüsusilədə sağlıqlı və nizmalı qidalanmanın maddələr mübadiləsi üzərində çox böyük təsirləri vardır. Ümumi olaraq fərdlər sağlam qidalandıqlarını düşünsələr də bəzi vitamin və minerallardan uzaq qalıblar. Bu mineralların böyük əksəriyyəti meyvələr sayəsində vücuda daxil olur. Meyvə yemə vərdiş halına gətirilərsə immun sistemidəki inkişafla da görüləcəkdir.  

Meyvə yeməyi unutmayın!

Şiriniyyatlarda meyvələrdən faydalanın

Əgər şiriniyyatları tək olaraq yemirsinizsə, onda mütləq onları hazırlayərkən meyvələrədən istifadə edə bilərsiniz. Beləliklə, olduqca sağlam şəkildə qidalanacaq, vitamin və mineralla zəngin olan hər növ meyvəni yeyə biləcəksiniz. Meyvələrdən hazırlanan şiriniyyatlar: Heyva , bananlı tort, almalı piroq, vişnəli çizkek, qabaq şiriniyyatı kimi bir-birindən ləziz və vitaminli şiriniyyatları seçərək həyatınıza meyvələri daxil edə bilərsiniz.

Meyvəli yoğurt sağlıqlıdır

Əgər meyvələri tək başına istifadə etmirsinizsə elə isə meyvələri yoğurtla birləşdirmək daha səmərəlidir. Bu sayədə həm yoğurtdan həm meyvələrdən alacağınız vitamin və minerallar birləşib birlikdə təsir edəcək, vücüd müqavimətinizi artıracaqdır. Meyvəli yoğurtları hazır almayın evdə özünüz hazırlayın. Bu yoğurtları təkcə özünüz istifadə etməməlisiniz uşaqlarınıza da verməlisiniz. Meyvəli yoğurtlarınız bunlardan ibarət ola bilər; çiyələkli, şaftalılı, ərikli, bananlı və bu kimi meyvələrdən hazırlaya bilərsiniz.  

Meyvə yeməyi unutmayın!

 

 

Meyvə şirələri istifadə edin

Meyvə yeməkdən xoşunuz gəlmirsə elə isə təzə sıxılmış meyvə sularından istifadə edin. əslində qabığının atılması ilə müəyyən vitamin itməsi yaşansa da heç meyə yeməməkdən yaxşıdır. Çay , qəhvə və bu kimi içkilər yerinə meyvə şirələri istifadə etmək daha sağlıqlıdır. Bu meyvələrin şirələrindən istifadə edə bilərsiniz.; portağal, naringi, yerkökü, kivi, limon, alma, armud kimi bir-birindən vitaminli meyvələrin sularını çıxarıb istifadə etmək olduqca faydalıdır.

Meyvə salatları

Yeməklərinizdə qarışıq meyvə salatları hazırlayaraq menunuzu zənginləşdirmək mümkündür. İçində mövsümü meyvələrin hər birindən olduğu üçün sizi gün boyu daha enerjili edəcəkdir. Olduqca iştahaçıcı görnüşə malik olan meyvə salatları ilə süfrənizi bəzəyə və hər gün istifadə edə bilərsiniz. 

Meyvə yeməyi unutmayın!

Meyvə qurularından istifadə edin

Quru meyvələrinin yaratdığı min bir dərmandan sidə yararlanmaq istəyirsəniz, təzə olaraq istifadə etmədiyiniz meyvələrin qurusundan istifadə edin. Quru meyvələrin hər birinin olduqca fərqli yönlərdə faydası vardır. Bu səbəblə siz də; quru əncir, qaysı, kişmiş, quru qırmızı meyvələr və bir çox meyvələrdən istifadə edərək daha canlı və enerjili görünüş əldə edə bilərsiniz. Ara paylarını meyvələrdən təşkil edin Xüsusilə də pəhriz saxlayanlar, nizamlı qidalanmaq istəyənlər mütləq ara paylarda meyvə yesinlər. Bu sayədə kalori baxımdan və lazım olan vitaminlər baxımdan olduqca faydalı bir yemək yemiş olacaqsınız.

4 iyul 2016
GO BACK