Stressə qalib gələ bilmirsiniz? Elə isə bu qidalardan başlayın:
1. Fındıq yeyin: Maqneziumla zəngin olan fındıq kortizol səviyyəsini aşağı salmağa kömək edir. Ancaq kalorisi yüksək olduğu üçün çox yemək məsləhət deyil. (Məsələn gündə on ədəd)
2. Şəkər yeyin: şəkər stress hormonu olan kortizol səviyyəsini aşağa salır. Belə ki, dilinizin üzərinə qoyacağınız bir qədər şəkər özünüzü yaxşı hiss etmək üçün kifayətdir.
3. Keks yeyin: (meyvəli də ola bilər) karbohidratla zəngin olan qidalar serotonin səviyyəsini yüksəldir. Bu isə özümüzü yaxşı hiss etməmizə səbəb olur.
4.Qızılbalıq yeyin: qızılbalığın tərkibində olan omega-3 yağ turşuları beyin hüceyrələrinin fəaliyyətini nizamlayır. Bu isə stresə qarşı daha asan mübarizə aparımağımıza imkan yaradır.
5.Qara şokolad yeyin: ən yaxşı endorfin mənbəyi olan şokoladda 300-dən çox müxtəlif komponent var. Mümkün qədər kakosu 70 fazi və daha çox olan qara şokoladlara üstünlük verin.
6.Süd için: tərkibində triptofan olan süd tədricən stresi neytrallaşdıran serotoninə çevrilir. Digər tərəfdən, südün tərkibində olan kalsium, maqnezium və kalium qan təzyiqinin aşağı səviyyədə qalmasına kömək edir.
7.Kakao için (təbii ki, isti olmaq şərtilə): isti içkilər orqanizmin temperaturunu artırır. Bu da, özümüzü yaxşı hiss etməmizə kömək edir. 8.Qara çay için: London universitetində aparılan tədqiqatlar 6 həftə ərzində hər gün 4 dəfə qara çay içdikdə stress hormonu kortizol səviyyəsinin aşağı düşdüyü göstərilir.
9.Yaşıl çay için: yaşıl çayda olan tanin adlı amin turşusu alfa beyin dalğalarının fəaliyyətini artırır. Bu da özümüzü yaxşı hiss etməmizə kömək edir.
10.Soyuq su için: Su qanın hərəkətini təmin edir.