Mütəxəssislərə görə şəkər günümüzün narkotiki, xilas olmamız lazım olan bir baş bəlası və uşaqlıq dövrünün siqareti... Amma vücudumuzun enerji mənbəyi də şəkərin özülü qlikozadır. Bəs nə etməli? Mütəxəssislər zəhər təsiri yaradan şəkərli məhsullardn xilas olub, sağlam şəkər mənbəylərinə yönəlməyimizi deyirlər. Şəkər kimi insan... Çox şəkər ... Bu kimi sözlərlə zehnimizdə həmişə müsbət reaksiyalar yaradan şəkərin sağlamlıq baxımından faydalı olmadığını həmişə bilirdik amma“ şeytani bir zəhər”, “yeni dövrün narkotiki” və “ uşaqlıq dövrünün siqareti” olduğunu yeni öyrəndik. Aktual elmi xəbərlər şəkər və şəkər tərkibli məhsullardan qurtulmadığımız müddətdə daha çox xəstələnəcəyimizi qeyd edir.
Amma virus kimi artan şişmanlıqdan, gedərək artan uşaq yaşlarında tutulan diabetə qədər bir çox xroniki xəstəliyin dəstəkləyicisi olan şəkəri tamamilə həyatımızdan çıxarmaqda doğru deyildir. Çünki vücudumuzdakı bütün sistemlərin işləməsi üçün lazımi enerjinin mənbəyi şəkərin təməli olan qlikozadır. “Bu durumda tarazlığı necə yaradacağıq?“ deyə mütəxəssislərdən soruşduq. Onlarda sağlıqsız şəkər istifadə edərsək başımıza nələr gələcəyini və ehtiyacımız olan sağlıqlı şəkər qaynaqlarının nələr olduqunu anlatdı. “Şəkər yeni çağın şeytani səhəri” Havvanur Yoldaş ( mütəxəssis dietoloq) -Günümüzdə elmi xəbərlərlə şəkərin yeni dövrün şeytani zəhəri və narkotiki olduğu söylənilir.
Son təcrübələr şəkərin şişmanlıq, diabet və hipertoniya (arterial təzyiqin vaxtaşırı və ya daimi olaraq yüksəlməsi ilə xarakterizə olunur) kimi ən çox yayılmış xroniki xəstəlikləri sürətləndirdiyini meydana çıxardılar. Çox təssüf ki, bu qədər təhlükəli olan şəkər, ucuz və ləzzət verən bir maddə olduğu üçün işlənmiş bütün hazır qidalarda olur. “Qara şəkər də ən az ağ şəkər qədər ziyanlı” -Vafli kimi şokalad tərkibli bütün qidalar, şəkərli və asitli içəcəklər, hazır meyvə şirələri, meyvəli hazır yoqurtlar, hazır kekslər və pudinqlər, biskivitlər, ketçup kimi hazır souslar, şərbətli şiriniyyatlar kimi böyük, balaca hər kəsin meylini çəkən və həddən çox istifadə edilən qidaların hamısında şəkər var, yeni adı ilə “toksin” var. Üstəlik bu qidaların üzərində siqaret kimi “ sağlamlığınıza ziyanlıdır” ifadəsi də yoxdur. Ailələr uşaqlarını bu zəhərdən qorumalı olduqlarının fərqində olmalıdılar. Ancaq “ yağmurdan qaçarkən doluya tutulan” ata-analar da olur. Bu ailələr ağ şəkər yerinə qara şəkərlə hazırladıqları kekslərin, şiriniyyatların daha məsum olduğuna inanırlar. Ancaq qara şəkər də ən az ağ şəkər qədər zərərlidir.
Şəkəri və karbohidratları tamamilə kəsmək də edilən bir digər xətadır. Şəkərin özülü olan qlikoza, başda beyin olmaqla bütün orqanlarımızın işləməsini təmin edir. Amma qlikoza ehtiyacımız üçün sağlam olan şəkər mənbələrindən istifadə etməyimiz lazımdır. Təzə tərəvəz və meyvələr, çərəz, noxud və mərcimək kimi quru paxlalılar, kəpək, çovdar və ya yulaf tərkibli məhsullar sağlıqlı qlikoza qaynağı olaraq istifadə edilə bilər. Hətta şəkər xəstəsi deyilsəniz təbii bal və bəhməz də sağlıqlı şəkər qaynağıdır. “Meyvələrə pis şəkər münasibəti göstərməməliyik” Mütəxəssis Dr. Elif Güveloğlu ( Patoloji və Fitoterapiya mütəxəssisi, “ Xərçəngə qarşı müdafiəsiz deyilsiniz” və “ Xərçəng yaxşılaşır” kitablarının yazıçısı) Təbii olmayan şəkər, xüsusilə də qlikoza siropu sağlamlığımız baxımından çox ziyanlı və dövrümüzün baş bəlasıdır.
Təbii şəkərdən 50 qat daha ucuz olduğu üçün qida sənaye yeyəcəklərin içinə qlikoza siropu əlavə edir. Bu da xərçəngdən şişmanlığa və bir çox xəstəliyin yaranmasına səbəb olur. Son dövrlərdə “ şəkər xərçəngi bəsləyir” deyə bir şəhər əfsanəsi yayıldı. Bu doğru deyil, Bunu xərçəng hüceyrələrini təsbit etməkdə istifadə edilən tomoqrafiya testində radioaktiv şəkər istifadə edildiyi üçün deyirlər Amma normal şəkər deyil. Əlbəttə yaşayan hər hüceyrə kimi xərçəng hüceyrələri də oksigen və şəkər istifadə edir. Ancaq beynimizin və immum sistemimizin tək qidası qlikozadır. Bütün hüceyrə enerji sistemimiz qlikoz üzərində qurulmuşkən indan vaz keçmək, “birə üçün yorğan yandırmağa” bənzəyir.