Qadin.NET / Qara üzümün faydaları

Qara üzümün faydaları

Qara üzümün faydaları

Qara üzümün faydaları olduqca çoxdur. Qurusunu da yaşını da bol-bol istifadə edilməsini məsləhət görən mütəxəssislər faydalarını saymaqla bitmədiyini söyləyirlər. Toxumundan, yarpağına qədər şəfa mənbəyi olan qara üzümün faydalarını xəbərimizdə qeyd edirik. Miqrendən, həzmsizliyə, dəmir əksikliyindən, qəbzliyə qədər yaxşı təsir edən qara üzümün yumurtalıqlardakı kista yaranmasını qabaqladığını qeyd edirlər. Aparılan təcrübələr nəticəsində qara üzümün qadınlarda adət nizamsızlığı, qısırlıq, düşük salma kimi bir çox problemlərə səbəb olan, yumurtalıqlarda əmələ gələn kistaları müalicə edici təsiri olduğunun nəticəsini əldə etdilər. Təcrübənin aparıcılarından İstanbul Elm Univeristeti Fizyalogiya tədris üzvü və təcrubi cərrahi tətbiqi və araştırma mərkəzi məsul işçi Dos. Dr Oytun Erbaş izahında yumurtalıqalrda böyümə və çox sayda kista yaranması ilə gedən Polikistik Over Sindromu'nun (PKOS) qadın xəstəliyi olduğunu və apardıqları təcrübədə ən çox qara üzümdə olan “resveratrol”adlı birləşmənin xəstəliyi müalicə etdiyini təsbit etdiklərini söylədi. Xəstəlik qadınlar arasında 100-də 5-10 nisbətində görüldüyünü vurğulayan Erbaş adət nizamsızlığı, sızanaq, köklük, insulin müqaviməti, tüklənmək, qısırlıq, düşük riskində artma kimi problemlərə səbəb olduğunu, ayrıca damar sərtliyi, uşaqlıq və sinə xərçəngi riskidə artığını bildirdi.

Qara üzümün faydaları

Apardıqları araşdırmanın adının “ PKOS təşkil edilən təcrübə siçovullarında resveratrolun müalicə edici təsirinin göstərilməsi” olduğunu dilə gətirən Erbaş 2014-ci ildə başladıqları təcrübədə 6 ay boyunca PKOS modeli təşkil edilən siçanlar üzərində təcrübə etdiklərini qeyd etdi. Layihə qrupunda, Ege Unveristeti Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos.Dr Mete Ergenoğlu, Dos Dr. Özgür Yeniel, Mütəxəssis Dr. Nuri Yıldırım, Prof. Dr. Nedim Karadadaş, Dos. Dr. Murat Ulukuş, Fizyalogiya Prof. Dr. Dilek Taşkıran, Histologiya ve Embriyologiya Prof. Dr. Altuğ Yavaşoğlu, Prof. Dr. Hüseyen Aktuğ, İzmir Tepecik Təlim və araşdırma xəstəxanası qadın xəstəlikləri və doğum kilinikasında mütəxəssis Dr. Alkım Gülşah Yıldırımın olduqunu qeyd edən Erbaş etdikləri araşdırmalar nəticəsində reveratrolun PKOS'u müalicə etdiyini aşkarladıqlarını qeyd etdi. "PKOS modeli təşkil edilən təcrübə siçanlarında yumurtalıqların böyüdüyü, kistalar inkişaf etdi, yumurtalama pozuldu, insulin müqaviməti və kökəlmə meydana gəldi. Resveratrol müalicəsi aparılan PKOS xəstəsi siçanlarda yumurtalıq kistaları yox oldu və yumurtalama fəaliyyəti təkrar yarandı ayrıca insulin müqaviməti azaldı. Resveratrol ən çox qara üzümdə ayrca qaysı, üzüm , tut, ərik, fındıq, alma kimi bir çox meyvədə də olan polifenol birləşiyidir. İltihab azaldıcı təsiri vardır. Bu səbəblə damar sərtliyi, xərçəng xəstəliyinə qarşıda qoruyucudur.

Qara üzümün faydaları

Resveratrolu "endometriozis" adındakı qadın xəstəliyində də sınadıqlarını qeyd edən Erbaş "Endometriozis uşaqlıq içi toxmanın qarın pərdəsində olması və bu toxmanın qanaması nəticəsində yaranan, qarın ağrısı, ağrılı adət görmə, qısırlıq, qarın içində yapışıqlıq, cinsi münasibət əsnasında ağrı ilə seyr edilən bir xəstəlikdir.

Qara üzümün faydaları:

Qara üzüm 3 növ olan üzümün digər bir növüdür. Sağlamliq baxımından hamısının faydaları eynidir fəqət bəzi xüsusiyyətlər qara üzümü digərlərindən fərqləndirir. Ayrıca qara üzümün dadı digərlərindən bir az daha fərqlidir. Xüsusilə kiprik və saç sağlamlığına yaxşı təsir göstərir. Qara üzüm xolestrol sviyyəsini nizmlayır, təşkil etdiyi mineral və komponetlər köməyilə insulin həssaslığını artırır. Qara üzümü mütəmadi istifadə etmək diqqət cəmləmə, hafizə ayrıca sözləri və məkanları xatırlama qabiliyyətini inkişaf etdirməyə kömək edir. Qara üzümün tərkibindəki vitamin ürək və damar sağlığını qoruyur. Mütəmadi olaraq qara üzüm istifadə etdikdə dəri, bağırsaq, prostat, mədə xərçənginə tutulma riskini azaldır. Qara üzüm həzm sistemi üçün də faydalıdır.  

Qara üzümün faydaları

Bu səbəbdən çəki atmaq istəyənlər üçün olduqca faydalı qidadır. Göbələk xəstəliylərinə qarşı təsirli olan qara üzüm, güclü bir antioksidant olaraq, infeksiya və bakteriyaların yol açdığı iltihabları dəf edə bilir. Qara üzüm digər üzüm növlərində olduğu kimi göz sağlmlığını qoruyur görmə qabiliyyətini yüksəldir. Saç və dəri sağlamlığını qoruyur, dərini günəş şüalarının zərərli təsirlərindən qoruyur.

Üzüm toxumunun faydaları:

Üzüm toxumunun uzun əsrlər boyunca Asiya və Orta Şərq cəmiyyətləri tərəfində istifadə edilməkdədir. Daha sonra bu alternativ müalicə şəkili zamanla və yüz illər sonra Avropaya keçmişdir. Günümüzdə də üzüm toxumu alternativ tibbtərəfindən xəstəlikləri müalicə üçün geniş olaraq istifadə edilir. Üzüm toxumu çox güclü bir antioksidantdır və DNT quruluşunu qorumağa kömək edən nadir qidalardan biridir. Üzüm toxumunda bol miqdarda C vitamini vardır.

Qara üzümün faydaları

Bu xüsusiyyətinə görə bədənə faydalıdır. Kapilliyar damarları gücləndirir, beləliklə bədəndə, qanda oksigen dolaşımı artır. Üzüm toxumu istifadə etmək xərçəngə tutulma riskini azaldır. Aparılan labaratoriya təcrübələri göstərir ki, üzüm toxumları vücuddan zərərli maddələri və toksinləri xaric etmə xüsusiyyəti vardır. İmmun sistemini gücləndirir və xəstəliklərə qarşı müqavimətini artırır.

5 oktyabr 2015
GO BACK