Kalsium və dəmir baxımından olduqca zəngin olan paxla böyrəyin dostu olduğu söylənilir. Böyrək ağrılarını xəfiflədən, böyrək daşlarını tökən paxlanın faydalarından xəbərimizdə söz açacağıq. Dəriyə, qəbizliyə yaxşı təsir edən paxlanın faydaları bunlardır. Böyrəklərə olduqca faydalı olan paxla protein və karbohidrat baxımından olduqca zəngindir. Dəri xəstəliklərinə, qəbzliyə, revmatizmə də yaxşı təsir edir. Mütəxəssis dietoloq Pınar Kural Enç, paxlanın böyrək dostu bir qida olduğunu qeyd etdi. Paxlanın vitamin və zülal baxımından son dərəcə zəngin bir qida olmasını qeyd edən Pınar Kural “ tərkibində A ,B, C, B1, B2, B6 və K vitaminlərlə bərabər kalium, kasium, dəmir və maqnezium mineralları da üstünlük təşkil etdiyini dəfələrlə gündəmə gətirib.
Quru və təzə olaraq yeyilə bilən bu qida həzmi asanlaşdırır, idrar yollarını təmizləyər və böyrək üçün faydalıdır. Böyrək ağrılarını yüngülləşdirir, böyrək qumlarının və daşlarının tökülməsinə köməkçi olur. Ayrıca sinə xəstəlikləri və öskürəyə də yaxşı təsir göstərir. Təbii dopamin mənbəyidir. Dopamin əskikliyi, Parkinson xəstəliyinə yol açar. Paxla tərkibində olan luteinə görə, gözlər üçündə faydalıdır. Qanda xolestirolu düşürür və qan şəkərini nizama salar. Babasil və qəbizliyə təsiri olduqca çoxdur, baş ağrısını kəsər, dəri üçün son dərəcə faydalıdır. Paxlanı bişirdiyiniz gün yemənizdə fayda var. Çünki bir neçə gün qalan paxla yeməyi, qaraciyəri yorar. Ayrıca bu qidanın vücudda su tutma xususiyyətinin olduğu üçün tez-tez yemək olmaz”. Qırmızı ətdən uzaq durması lazım olanlar üçün paxla, çox yararlıdır. İçində bol miqdarda protein, azot və kalori vardır. Böyrək qumları üçün müalicəvidir. Dəriyə yaxşı təsir edir, böyrək ağrılarını sakitləşdirir.
Paxla şorbası:
1 ədəd yumurta
½ kq təzə paxla
2 xörək qaşığı kərə yağı
2 st. süzmə yoqurt ½ st
Un
Soğan
cəfəri
nanə
dərə otu
duz
Təzə paxlanı təmizləyib, yuduqdan sonra eninə incə-incə doğrayın. Qazana bir xörək qaşığı kərə yağı əlavə edib, incə doğranmış soğanı qızarana qədər qovurun, daha sonra doğranmış paxlaları əlavə edib qarışdırın. Paxlanın rəngi dəyişməyə başlayanda, 4 st. su, bir az duz su əlavə edib qazanın qapağını bağlayın və 20 dəqiqəyə qədər bişirin. Digər tərəfdə süzmə yoğurtu, unu və yumurtanı su ilə əzib mikserdə ayran görnüşü alana qədər çalın. Qaynayana qədər dibini yandırmadan bişirin. Digər qazanda bişirdiyiniz paxlanı suyu ilə birlikdə qazana əlavə edib 10 dəqiqə birlikdə qaynadın. Cəfəri, nanə və zövqünüzə görə istiot vurub qarışdırın. Üzərinə kərə yağı gəzdirib yeyin.
Paxlanın mənşəyi Aralıq dənizi və Türkiyənin də içində yer aldığı Asiya hesab olunur. Kənd təsərrüfatına alınması, bu bölgədə buğda və arpa ilə birlikdə mərcimək və noxud qədər qədim olması da günümüzdən əvvəl 10.000 –lərə aid Ürdün, Suriya və İsrail də paxla qalıqlarına rastlanmışdır. Bəzi Asiya və Aralıq dənizi ölkələrində, misal Misirdə yoxsulların təməl zülal mənbəyi olmuşdur. Misir, Mərakeş, İspaniya, İtaliya, Türkiyə və Çində çox geniş yayılaraq yetişdirilir.