Qadin.NET / Kalsiumun faydaları haqqında bilmədiklərimiz

Kalsiumun faydaları haqqında bilmədiklərimiz

Kalsium faydaları baxımından bütün həyatımız boyu sağlamlığımızla bağlı təsirlərə malikdir.Kalsium tərkibli məhsullara olan tələb kalsium çatışmazlığı ilə ortaya çıxan çətinliklərə məruz qalan insanların çoxalması ilə birlikdə artmağa davam etmiştir.
Qidalanmada kalsiumun əhəmiyyəti yalnız sümük xəstəlikləri ilə məhdud deyil.Sağlamlığımız baxımından rol oynadığı başqa təsirləri də vardır.

Kalsiumun faydaları haqqında bilmədiklərimiz


Kalsium Nədir?

Kalsium orqanizmdəki sümükləri və dişləri qidalandıran və onları güclü və sağlam saxlayan lazımlı bir elementdir.
Bədənimizdə olan kalsiumun %99-ı sümüklərdə və dişlərdə yer alır geriyə qalan%1-lik miqdarı isə qan laxtalanmasını təmin edən,oynaqların quruluşunda yer alan,ürək atışlarını tənzimləyən və sinir sisteminin bərpasına yardımçı olan yumşaq toxumalarda və qanda yer almaqdadır.

Kalsiumun Faydaları

İnsan bədənində ən çox olan mineral kalsiumdur.Kalsium sümüklərin və dişlərin əsas quruluşunu təmin edir.Ürək təzyiqi,ürək döyüntüləri və qanın laxtalanması ilə bağlı vəzifələri vardır.Sinir sisteminin mütəmadi olaraq işləməsi üçün kalsiuma ehtiyac vardır.Sümük əriməsinə mane olur.

Hamiləlikdə kalsium isitfadəsi;Kalsium mineralına olan tələbat doğumdan əvvəl, hələ ana bətnində ikən başlanır.Hamiləlik zamanı yetərli miqdarda kalsium qəbul edilməzsə körpə ehtiyacını ananın bədənindən və sümüklərindən təmin edər.Bu da ananın daha sonrakı illərdə sağlamlığına mənfi istiqamətdə təsir göstərməsinə səbəb olur.

Aparılan bir tədqiqatda kifayət qədər kalsium qəbul etməyən qadınların qanlarında körpəyə zərərli olan maddələrin çoxaldığı görülmüştür.Hamiləlikdə kalsium istifadəsi həm ana həm də körpə sağlamlığı üçün ciddi əhəmiyyət daşıyır.Ayrıca hamiləlik dövründə kalsium çatışmazlığı kramplarda artışa səbəb olur.

Sümük Əriməsi Nədir?

Qadınlarda sümük əriməsi;Sümük əriməsi daha çox menopauza dövründə olan qadınlarda görülən bir xəstəlikdir.Qadınlarda irəli yaşlarda görülən sümük əriməsinin səbəbi ostrogen hormonunun azalmasıdır.Sümüklərin kalsiumu saxlamasında funksiyası olan qadınlıq hormonu ostrogenin menpauza dövründə azalması ilə birlikdə sümük əriməsi də başlayır.Sümüyün mineral tərkibində dəyişikliklər olur və buna bağlı olaraq sümük intensivliyində azalma meydana gəlir.Dayanıqlığı azalan sümüklər kövrək hal alırlar.

Kişilərdə sümük əriməsi;Sümük əriməsi daha çox qadınlarda görülməklə birlikdə kişilərdə də sümük əriməsi tez-tez təsadüf edilən bir haldır.Kişilərdə sümük əriməsi qadınlara nisbətən daha gec yaşlarda başlayır.

Sümük əriməsinə qarşı görüləcək tədbirlər;Sümük əriməsinin qarşısını almaq üçün yetkinlik çağından etibarən tədbirlər görülə bilər.Uşaqlıq dövründən etibarən qəbul edilən kalsium sümük kütləsini ən yüksək səviyyəyə çatdırır.İrəli yaşlarda qəbul edilən kalsium da sümük əriməsini zəiflətmək üçün yardımçı olur.

Sümük əriməsi haqqında vacib olan digər məsələ isə nizamlı məşq,düzgün qidalanma,alkoqol və siqaretdən istifadə etməmək sümüklərin güclənməsinə müsbət istiqamətdə təsir edəcəyini unutmamaqdır.

Kalsium Çatışmazlığı Necə Meydana Gəlir?

Qidalarla kalsiuma ehtiyac duyan müxtəlif sistemlərin ən yüksək səviyyədə funksiyalarını yerinə yetirmək üçün lazım olan miqdarı qəbul etmədikdə,vücud,sümüklər,dişlər və yumşaq toxumalarda yerləşən kalsiumdan ehtiyacı olduğu miqdarı təmin edər və onu daha çox lazımlı işlərdə istifadə edər.Nəticə etibarı ilə kalsium çatışmazlığında;dişlərimiz və sümüklərimizdəki kalsium nisbəti,onları asan qırıla bilən və zərər görməyə meylli bir vəziyyətə gətirərək azalmış olur.

Kalsium çatışmazlığı əlamətləri;Əzələ ağrıları,ürək döyüntüsü,dırnaqda görülən qırılmalar,yuxu problemləri,oynaq ağrıları,diş çürükləri,diş əti problemləri kimidir.

Daha çox kalsium qəbul edə bilərikmi?

Kalsium çox qəbul edilməsi böyrək daşlarının əmələ gəlmə riskini artırırmı?
Aparılan tədqiqatlar,uzun müddətli yüksək dozada çox kalsium qəbulu böyrək daşı riskini artırdığını ortaya qoymaqdadır.Digər bir tədqiqatda isə daha aşağı dozada kalsium qəbulu isə böyrək daşının qarşısını almaqda yardımçı olduğunu göstərməkdədir.Buna görə;böyrək daşı problemi olan insanların kalsium qəbulunda RDA dəyərini (1200 mg) keçmə
məkdə diqqətli olmalıdırlar.Kalsium d vitamini sayəsində vücutda sorulur.

Gündəlik kalsium miqdarı;Günlük kalsium qəbulu yaşa bağlı olaraq dəyişir.Ortalama tövsiyə edilən doza 800-1200 mg arasındadır.Günlük kalsium miqdarı 1500 mg-i keçməməlidir.

Kalsium Tərkibli Qidalar

Süddəki kalsium miqdarı çoxdur.Süd kalsium tərkibli qidalardan ilk ağla gələni olsa da,süd və süd məhsulları o qədər çox prosesdən keçirlər ki,vücuda verəcəkləri ziyan faydalarından çox ola bilər.Vücudumuza lazımsız qida maddələrini qəbul etmədən sağlamlığımızı möhkəmləndirən daha yaxşı və daha uyğun kalsium tərkibli qidalar vardır.

Kalsium tərkibli yeməklər lobya,soyadan əldə edilən pendir,fıstıq,cəviz,kələm,brokolidir.
Digər kalsium tərkibli qidalar isə tünd yaşıl yarpaqlı tərəvəzlər,şalgam,qurudulmuş meyvələr,şirin badam və quru növ paxlavalardır.

Fuad Nəzərov
24 fevral 2017
GO BACK