Hamiləlik diyetası da hər zaman olduğu kimi, meyvə, tərəvəz, yuvan zülal ilə zəngin olan sağlam yeməklər təşkil edir. Amma yenə də, ən əsas qidaların almaq üçün hamiləlik diyetasında bunlar çoxluq təşkil eləməlidi.
Fol turşusu – doğuş defektlərinin qarşısını alır.
Fol turşusu (folat) B vitaminidir, və beyin və onurğa sinirin əmələ gələ biləcək defektlərin riskini azaldır. Fol turşusu olmadıqda, doğuş çəkisi normaldan az olur və doğuş normaldan tez baş verə bilər.
Folatın zəngin olduğu qidalar – taxıllar, yarpaqlı yaşıl tərəvəzlər, sitrus meyvələri (məsələn, apelsin), quru paxla-noxud-lobyalar. Və ideal olardı ki, hardasa 3 ay hamiləlikdən əvvəl, folatı zəngin olan qidalar qəbul edəsiz.
Kalsium (Ca) mineralı – Sümükləri bərkidir.
Sizə və bəbənizə güclu sümük və dişlər üçün kalsium lazımdır. Kalsium həm də qan-damar, əzələ və sinir sistemlərinə müsbət təsir göstərir.
Kalsiumun zəngin olduğu qidalar – süd məhsulları Kalsiumun ən zəngin olduğu qidalardır. Həm də, çox meyvənin təbii sokları da kalsium mineralı ilə zəngindir. Həm də balıqlar da yaxşı mənbədir.
Vitamin D – güclü sümüklər və dişlər üçün lazımdı.
Vitamin D zəngin olduğu qidalar – Yağlı balıqlar vitamin D-nin zəngin olduğu qidalardır. Digər zəngin mənbələr isə süd və təbii apelsin sokudur. Qaynanmış yumurtalar da yaxşı D vitamin mənbəyidir.
Zülal – böyümə üçün lazımdır.
Zülal körpənin böyüməsi üçün çox lazımlıdı. Xüsusən də, hamiləliyin 3-cü ayından başlayaraq. Gündə hardasa 71 qram zülala ehtiyacınız var.
Zülalın zəngin olduğu qidalar – yavan (az yağlı) olan ət parçaları, toyuq-cücə, balıq, yumurta, quru lobya-paxla-noxudlar, süd məhsulları, araxis yağı.
Dəmir mineralı – Anemiyanın (qırmızı qan azlığı) qarşısını almaq üçündür.
Bədənə oksiqen daşıyan qırmızı qan hüceyrələrində (eritrositlər) hemoqlobin zülalının tərkibində dəmir (Fe) var. Hamiləlik vaxtı, qadının bədəninin bəbəni qidalandırmaq üçün 2 dəfə daha çox hemoqlobinə ehtiyacı var. Dəmir az olsa, vaxtından tez doğuş, normaldan az doğum çəkisi və infeksiyalar səbəb ola bilər. Gündə hardasa 27 milliqram dəmirə ehtiyac var.
Dəmirin zəngin olduğu qidalar – yağı az olan qırmızı ətlər, toyuq-cücə, balıq, dəmiri çox olan səhər yeməyi taxıl yeməkləri, fındıq-qoz, və quru meyvələr.
Camal Əliyev