Qadin.NET / Maddələr mübadiləsi üzrə tipiniz

Maddələr mübadiləsi üzrə tipiniz

Maddələr mübadiləsi üzrə tipiniz

Hər kəsin fərqli maddələr mübadiləsi var. Tanışlarınıza yaxşı təsir edən bir qida sizin çəki almağınıza səbəb ola bilər. Bu testi yoxlayın, maddələr mübadiləsi tipinizi, və bu tipə görə necə qidalanmalı olduğunuzu öyrənin.

Araşdırmalar nəticəsində məlum olub ki, sadəcə qanımız, vücudumuz deyil, eyni zamanda maddələr mübadiləmiz da hər orqanizmə görə fərqlidir. Bu da o deməkdir ki, bəzi qidalar bir orqanizmə yaxşı təsir etdiyi halda başqa orqanizmlərə mənfi təsir edə bilər. Maddələr mübadiləsi tipləri A. B. C. Olmaqla üç yerə bölünür. Hər birinin fərqli miqdarda zülal, yağ, karbonhidrat qəbul etməyi lazımdır. Bu üç tipin meyvə-tərəvəzlə qidalanması isə çox önəmlidir. Testə gəlincə:

İştahınızı necə dəyərləndirirsiniz?

a)Çox iştahlıyam.

 b)O qədər də iştahım yoxdur.

c)Iştahım dəyişkəndir.

Daha çox iştahınız hansını çəkir?

a)Duzlu.

 b)Şirin.

c)Həm duzlu, həm şirin.

Hansı sizi daha yaxşı ifadə edir?

a)Çox danışan, içindəkini büruzə verən.

b)Iddialı, təşkilatçı, stresli.

c)Həyəcanlı, gərgin, dəyişkən.

Daha çox hansını yaşayırsız?

a) Halsızlıq və qorxu.

b)Kilosuyla problemli.

c)Ağrı və acı.

 

Maddələr mübadiləsi üzrə tipiniz

 

 

A-lar çoxluq təşkil edirsə, A tipli maddələr mübadiləsi sahibsiniz.  

Yəni: Kartof, çipsi kimi duzlu qidaları sevirsiniz.  Eyni zamanda qorxu da yaxanızı buraxmır. Bu tez-tez rast gəlinən narahatlıq halı əslində vücudunuzun yağlı və duzlu qidalara qarşı verdiyi reaksiyadır. A tipi olaraq iştahlısınız. əksər vaxt halsızsınız. Deyingən və içinizdəkini büruzə verən xasiyyətiniz var.

Yağlı və duzlu qidalara həvəskar.

Halsiz və narahat.

 Çox danışan.

Iştahlı.

Necə qidalanmalısınız?

Əgər A tipinə uyğunsunuzsa zülal və yağları daha sürətlə yandıra bilirsiniz.  Yağlı, duzlu yeməyi sevdiyiniz üçün zülal ehtiyacınızı tam qarşılaya bilmirsiniz. Boşqabınız ağzına qədər zülaldan ibarət olmalı və belə davam etməlidir:

Zülal

Yağ

 Karbohidrat

Qırmızı ət, toyuq, hindi və balıq (nərə balığı və somon) bu tünd rəngli qidalar dəmir baxımından zəngindir. Qan hüceyrələrini qoruyur, və bəsləyir. Tərkibində yağ olan süd məhsullarını heç qorxmadan yeyə bilərsiniz. A tipləri tam yağlı pendir, süd və yumurta yeyə bilərlər. Bu qidalar sizin üçün şəkər tərkibli yağsız süd məhsulları yeməkdən daha sərfəlidir. Unutmayın ki, tam yağlı qidalar hidrogen əlavə olunmuş trans yağ tərkibli çibs və biskivit kimi dəyişikliyə uğramayıblar. Bu tip qidalardan metobalizma tipiniz nə olur olsun uzaq durun. Bol-bol göyərti və meyvə yeyin. Amma nişastalı olanlardan imtina edin. Ağ çörək və kartof yerinə qara unlu, kəpəkli makaronları seçim edin.

B-lər çoxluq təşkil edirsə, B tipinə aidsiniz.

Əgər B tipisinizsə şirniyyata çox meyillisiniz. Biskivit, peçenye, noğul kimi şeyləri sevirsiniz. Əslində vücudunuz sağlam şeyləri yemək istəyir, amma siz şirniyyatı seçirsiniz. B tip olaraq iştahanız əsasən az, həssas, mütəşəkkil, bəzən stresli, kafein asılısı və çəkinizlə mübarizə aparan birisiniz. 

İştahı az

Şirniyyata düşgün

Həssas

iddiali, mütəşəkkil, stresli

Kafein aslısı

Çəki mübarizi.

Necə qidalanmalısınız? 

Əgər B tipisinizsə az yağlı və zəif  zülallı karbonhidrat tərkibli zəngin bir qidalanmağa sahib olmağınız sizin üçün ən məqsədəuyğunudur. Bununla yanaşı çeşidli meyvə və tərəvəz, dənli bitkilər yeməlisiniz. Boşqabınızda bunlar olmalıdır:

%70 Karbohidrat

%20 Zülal

%10 Yağ

 

Maddələr mübadiləsi üzrə tipiniz

 

 

Şanslı B tipləri, daha çox karbonhidratla qidalanırlar. Digər tərəfdən taxıl bitkiləri, buğda çörəyi, qara düyü yeməyi də nəzərdən qaçırmayın. Unutmayın ki, sizin heç zülal almamağın əksinə zəif zülal almağınıza ehtiyacınız var. Xəfif və zəif faizli minerallı zülallar seçin. Qanadlı heyvan ətləri, ağ ətli balıqlar, mərci və noxud yeyə bilərsiniz. Az yağlı qatıq və pendir yeyə bilərsiniz. Qəhvə və qara çay əvəzinə yaşıl çay için.

C-lər çoxluq təşkil edirsə, C tipli metobalizmaya sahibsiniz.

Əgər hansı metobalizmaya aid olduğunuzu seçə bilmirsinizsə, həm A həm də B-nin xüsusiyyətlərini daşıyıb eyni zamanda həm şirniyyat həm də duzlu qidalar sevirsinizsə yəqin ki, C tipli metobalizmaya sahibsiniz. Bu tiplərin iştahları dəyişkəndir. Halsızlıq, gərginlik, qorxu və ağrıları olur, çəki intizamında da problemlər yaşayırlar.  

Dəyişkən iştah

Şirniyyata və duzluya həvəs.

Halsiz

Gərgin, narahat.

Ağrıları ola bilər

Çəki nəzarətində çətinlik çəkir.

Necə qidalanmalısınız? 

C tipləri zülal, yağ və karbonhidratları eyni dərəcədə həzm edə bilirlər. Buna görə də həm şirin həm də duzlu yeməkləri ürəkləri istəyir. Boşqabı belə olmalıdır:

%33 Zülal

%33 Yağ

%33 Karbohidrat

C tipi olaraq, ən çox sizin yağlı yeməyə icazəniz var. Həm yağlı həm də az yağlı qidaları qarışıq bir şəkildə yeyə bilərsiniz. Az yağlı pendir, yoqurt, zeytun və b proteinləri qarışdıra bilərsiniz. Ağ və qırmızı ət, bifşteks, somon, nərə balığı, böyrək, lobya, soya və s qidaları yeyə bilərsiniz. Təbii ki, bunlara qara çörək, kartof, banan da əlavə edə bilərsiniz. 

6 yanvar 2016
GO BACK