Qadin.NET / Dünya qara buğdaya meyl edir

Dünya qara buğdaya meyl edir

Qara buğda “Quzuqulağı” adlanan bitki sortuna daxildir. Bugda adlanmasına baxmayaraq aparılan araşdırmalar nəticəsində məlum olub ki, taxıl bitkiləri ailəsinə daxil deyil. Üçbucaq formasına bənzəyən toxumu çörəkotunu xatırladır. Ən çox Ukrayna, Rusiya, Şimalı və Cənubi Avropada, Şimali Amerika, Yaponiya və Çin kimi ölkələrdə istehsal olunur. Onu təkbaşına əkmək düzgün deyil. Asan hazırlanır və tez bişir. Dənələrini buxarda bişirməklə, qaynatmaqla yaxud da sobada qovurmaqla yemək, salatlara əlavə etmək də mümkündür. Eyni zamanda yeməklərimizin şahı olan plova da qata bilərsiniz.

Faransada qara buğda unundan müxtəlif çeşidli kereplər, Koreyada milli yeməklər, Yaponiyada isə o mətbəxin əvəzolunmazı hesab olan əriştələr hazırlanır.

Dünya qara buğdaya meyl edir

Qara buğda hər şeydən əvvəl bol şirə və çiçək tozu ilə zəngindir. Buna görə də bal arılarının ən çox qonduğu bitkidir. Qara buğdanın qida dəyəri də olduqca yüksəkdir. 100 qr qara buğdada 328 kalori, 65.3 qr karbonhidrat, 10.8 qr protein, 2.6 qr yağ, 12.1 qr lif, 2.8 mq dəmir, 2.4 mq sink var. Insan vücudu qara buğdada olan proteinin 74%-ni qəbul edə bilir. Bu göstərici dənli bitkilər içərisində ən yüksək rəqəmdir. Buna səbəb isə insan bədəninin tələb etdiyi səkkiz elementin məhz qara buğdanın tərkibində olmağıdır. Bədənimiz üçün lazımlı olan amin turşusu qara buğdanın 5.7%-ni təşkil edir. Bu element sümük zülallarının inkişafı, əməliyyatdan sonra sağalma mərhələsində vücud tərəfindən hormonların, antikor və fermentlərin cilalanmasında müstəsna xidmətə malikdir.

Dünya qara buğdaya meyl edir

Qara buğdada zülal olaraq qlüten tapa bilməzsiniz. Mədə-bağırsağ sistemində xəstəlik olan insanlar tərkibində qlüten olan qidalar yeyə bilməzlər, əks təsirdə bağırsağın selikli qişasında problemlər yaranar, ishal, qaz, şişkinlik, köp və qarınağrısı əmələ gələ bilər. Son dövrlərdə isə məhz qlütensiz spirtli içki istehsal etmək üçün qara buğdadan istifadə olunur.

Qara buğdada ümumilikdə karbonhidrotların miqdarı 75% təşkil edir. Qan şəkərimizi sürətlə yüksəldən və səmərəsiz kalori olaraq bilinən lazımsız karbonhidrotlar az, əksinə şəkəri ehmalca tənzimləyən karbonhidrotlar isə kifayət qədərdir.  

Qara buğdada yağlılıq miqdarı demək olar ki, yox səviyyəsindədir. Bu səbəbdən də son illər insanların pəhrizində ən çox tələb olunan qidalardan biridir. Enerji dəyəri çox, yağ dəyəri zəif olduğu üçün sağlam qidalanmaq istəyənlər üçün uyğun vasitədir.

Qara buğda insan bədənindəki lazımsız xolestrolu azaltmağa da kömək edir. Dənin tərkibindəki maddələr qandakı xolestrolu tənzimləyir və artmasının qarşısını alır. Eyni zamanda vitamin B1, B2, kalium, maqnezium, fosfor, sink, fosfat, marqaniz, dəmir , kalsium və digər maddələrlə zəngindir. Rutin adlanan maddə də digər dənli bitkilərdə yox, məhz qara buğdada var. Bu maddə sonsuzluğun qarşısını alır, ilik toxumalarına müsbət təsir edir.

Dünya qara buğdaya meyl edir

Döş xərçəngi, ürək xəstəliklərinə qarşı qalxan kimi istifadə olunan hüceyrələrin də qara buğdadan istifadə edilməsi məlum olub. Əlavə olaraq qara ciyərdə piylənmənin qarşısını alan qara buğdanı gündə 100 qr yeməklə insanın sinir sisteminin sabitliyi üçün lazım olan vitamin B1 ehtiyacının 40% -ni qəbul etmiş oluruq.

Yüksək təzyiq, qan azlığı zamanı lazım olan maqnezum, fosfor, dəmir məhz qara buğda vasitəsi ilə orqanizimimizə daxil olur. Mütəmadi olaraq hər gün 30 qr qara buğda qəbul etməklə yaş və çəkisindən aslı olmayaraq qan dövranını tənzimlədiyi sübut olunmuşdur.

Yapon alimləri qara buğdanın iltihaba, tərləməyə, burun qanamasına, bağırsağ pozğunluğuna qarşı lazımlı vasitə olduğunu qeyd edir.  

Qara buğda yetişdirildiyi vaxt həşəratlara qarşı dərmanlama prosesi olmadığı üçün zərərsiz formada əldə olunduğunu demək olar.

Dünya qara buğdaya meyl edir

Bu gün dünyada təbii və sağlam qidalara olan maraq getdikcə artır. Bu səbəbdən də həmin qidaların istehsalı da artır.

25 mart 2016
GO BACK