Qadin.NET / Sağlam yeməklər bişirmək üçün 5 addım

Sağlam yeməklər bişirmək üçün 5 addım

Hamımız yeməklərmizin daha sağlam bir hala gətirməyin yollarını axtarırıq. Bunu reallaşdırmaq üçün bütün yemək üsullarımızı dəyişdirməyə ehtiyac yoxdur. Kiçik dəyişikliklərlə yeməklərimizi daha sağlam bir hala gətirə bilərik.

1-Yağ yerinə su və ya ət bulyonu istifadə edin.
Yağ yerinə su və ya ət bulyonu istifadə edə biləcəyimiz bir çox yemək var. Tərəvəzlərimizi bişirmək üçün bir miqdar ət bulyonu istifadə edə bilərik. Bu üsul yeməklərimizə lazımlı ləzzəti verəcək. Ət, toyuq bişirmək üçün tavaya yapışmasının qabağın alacaq qədər yağ tökün, ətin bir az rəngi acılınca su və ya ət bulyonu əlavə edərək yeməyi bişirə bilərik. Kartof püresi kimi yeməklər bişirərkən kərə yağı yerinə toyuq bulyonu istifadə edə bilərik.
Sağlam yeməklər bişirmək üçün 5 addım
2- Dana qiyməsi yerinə yağsız hinduşka sinəsi istifadə edin.
Qırmızı əti azaltmaq qidalanmanızda əhəmiyyətlidir və dana qiyməsi istifadə edirsinizsə, işiniz daha asandır. Onun yerinə hinduşka əti istifadə edin bir neçə kalori daha az alacaq və daha yağsız bir yemək bişirəcəksiniz. Soya sousu kimi dadlandırıcı souslarla yeməyinizi daha ləzzətli bir hala gətirə bilərsiniz. Makaron kimi yeməklər bişirərkən ləzzətləndirmək üçün hünduşka əti istifadə edə bilərsiniz.
3- Ətləri suda yuyun.
Əti bişirdikdən sonra üstündə heç yağ qalmaması üçün isti suyla yaxşıca yuyun. Sağlam olmayan yağlardan can qurtarmağınızı təmin edəcək. Bu əməliyyatı ədviyyat qatmadan əvvəl edin ki, ətin dadı üstündə qalsın.
Sağlam yeməklər bişirmək üçün 5 addım
4- Konservləşdirilmiş yeməklərdən uzaq qalın.
Konservləşdirilmiş məhsullar bədənimizə zərərli olan şəkər, natrium, yağ növü bir çox maddə ehtiva edir. Bu məhsulların istifadəsini azaltmağa çalışın və evdə təzə bişən məhsullardan istifadə edin. Donmuş tərəvəz və meyvə kimi bəzi məhsulların donmuş halını istifadə edə bilərsiniz. Kartof və o cür məhsullar yerinə bu tərz məhsulları seçə bilərsiniz.
Sağlam yeməklər bişirmək üçün 5 addım
5- Yeməklərinizə tərəvəz əlavə edin.
Hazrladığınız yeməklərə tərəvəz əlavə etməyin bir çox yolu var. Makaronlarınıza brokoli ya da kök əlavə edə bilərsiniz. Kartof yeməyinizi gül kələm əlavə edə bilərsiniz.
Sağlam yeməklər bişirmək üçün 5 addım
Normal yemək vərdişlərinizə bu kiçik dəyişiklikləri əlavə etsəniz yağ, şəkər kimi qidalardan uzaqlaşmış olarsınız və daha sağlam bir bədəniniz olar. Hətta zaman keçdikcə daha da sağlam yeməklər yeməyə başlayarsınız bəlkə. Sağlam yeməklər çətin deyil, amma bir yerdən başlamaq lazımdır. Kiçik dəyişikliklər böyük nəticələr verəcək. Sizin sağlam yeməklər üçün ip uclarınız varmı?
24 mart 2016
GO BACK