Dünyaca tanınmış adlar sadəcə bacarıqları ilə adlarından söz etdirmirlər. Onlar xərçəngə savaş açıb mübarizə apardılar. Onları sevənləri üzmədən bu mübarizədə qalib oldular.
Budur, həmin tanınmış şəxslər...
Arzum Onan
Arzum Onan lenf xərçəngi arxasından da iroid xərçəngilə mübarizə apardı və bu xəstəliyin öhdəsindən gəldi.
Həyat yoldaşı Məhmət Aslantuğun da dəstəyi ilə əhvalını heç pozmadı. Yoldaşının dəstəyini bu sözlərlə dilə gətirdi: Sevgi hər şeyin dərmanı oldu.
Kylie Minogue
Avstraliyalı tanınmış müğənni Kylie Minogue 2005-ci ildə sinə xərçənginə yaxalanmışdı.
Uzun bir müalicənin sonunda sağlığına qovuşan müğənni, "Həkimlər mənə xəstəliyimi dediyi zaman heç sınmadım. Ailəmin də dəstəyi ilə sağlığıma qovuşdum" dedi.
Chiristina Applegate
Chiristina Applegate keçən il sinə xərçəngi diaqnozu ilə maülicəyə başladı.
Applegate tez müalicəyə başladığı üçün qısa bir müalicənin sonunda öz sağlamlığına qovuşdu.
Oya Başar
"Mənim anam bir mələkdir" serialından tanıdığımız aktrisa Oya Başar keçən il sinə xərçəngindən əziyyət çəkirdi. O, Amerikada aldığı müalicə nəticəsində sağlamlığına qovuşub. O bildirib ki, mənim saçlarımın tökülməsi o qədər də vacib deyil. Əsas can sağlığıdır.
Hall
"Dexter" serialında amansız qatili canlandıran Hallın xəstəlik səbəbi ilə serialın 4-cü hissəsi tez bitmişdi. Ancaq o bu xəstəliyin öhtəsindən gəlib.