Yediklərinizin yuxu saatınızla yaxından bir əlaqəsi olduğunu bilirdinizmi? Yuxunuzdan və günə həmişə yorğun başlamaqdan şikayət edirsinizsə, bu vəziyyəti düzəltmək üçün işə bəslənmə siyahınızı gözdən keçirməklə başlaya bilərsiniz.
Keyfiyyətli bir yuxu üçün yeməmiz lazım olan qidalar bu siyahıda var. Gəlin, bu siyahı ilə tanış olaq.
Balıq
Ton balığı, somon və pisi kimi balıq növləri yüksək nisbətdə B6 vitamini ehtiva edir. B6 vitamini bədəndə melatoninin (gecələri ifraz olan yuxu hormonu) ifrazına köməkçi olar.
Vişnə suyu
Vişnə suyu melatonin cəhətdən güclü bir meyvədir və yatmağa köməkçi olar. Edilən araşdırmalarda xroniki yuxusuzluq problemi ilə qarşılaşan cavanların gündə iki dəfə vişnə suyu içdikləri zaman yuxu problemlərinin həll edildiyi müşahidə olunub.
Qatıq
Kalsium çatışmazlığının yuxu problemi yaratdığını bilirdinizmi? Süd və süd məhsulları yüksək miqdarda kalsium ehtiva edir və yatmağı asanlaşdırır.
Tam taxıllı qidalar
Yarma, mərci və digər bütün taxıllar maqneziumla boldur. Edilən araşdırmalar zamanı maqnezium əskikliyinin yuxuya getməkdə problem yaratdığı bir neçə dəfə sübut olunub. Tam taxıllı qrupunun bir üzvü olan noxud tərkibindəki B6 vitamini sayəsində melatonin hormonunun ifraz olunmasına səbəb olar və yuxusuzluğu aradan qaldırar.
Banan
Kalsiumla bol olan bir meyvə olaraq tanınan banana B6 vitamini də daxildir. Melatonin hormonunun ifraz olunmasını təmin edən bu vitamin yuxusuzluğun da qabağın alır.
Kələm
Sadəcə süd və süd məhsulları deyil yaşıl yarpaqlı bir tərəvəz olan kələmə də yüksək miqdarda kalsium daxildir. Bu səbəbdən kələm də digər süd məhsulları kimi yuxusuzluq probleminə son qoyar.