İnsan daim sağlam qidalanmağa çalışmalıdır. Sağlam qida özü ilə bərabər saölam həyatı da gətirir. Sağlam həyat isə xoşbəxtliyə zəmin yaradır. Buyurun, yaşlanmanı gecikdirən və sağlamlığa qağı açan bir neçə ərzaqla tanış olun.
Pomidor
Sərbəst radikallarla mübarizə edən likopen adlı antioksidant pomidorda bol miqdarda özünü cəmləyib. Likopen ağciyər xərçəngi daxil olmaqla bəzi xərçəng növlərinə qarşı qorunmada böyük köməkçidir.
Badımcan
Bənövşəyi rəngli bu tərəvəz rəngini və yaşlanmamağa qarşı olan gücünü nasunin maddəsindən alır. Bu qida maddəsi qan axınını kəsərək xərçəngli hüceyrələrin yayılmasına maneə törətməyə kömək edir. Araşdırmalar nasunin maddəsinin sərbəst radikalların əsəb hüceyrələrinə zərər verməsiylə məşğul olan Alzheimer xəstəliyinin inkişafını yavaşlatdığını da ortaya çıxartdı.
Qırmızı bibər
İmmunitet sistemini dəstəkləyən bu tərəvəzin tərkibindəki C vitamini 60 faizdən çoxdur. Amerikada edilən bir təcrübəyə əsasən, qida rasionuna yüksək nisbətdə C vitamini daxil edənlərin daha az qırış problemi yaşadığı məlum olub.
Reyhan
Bu bitkinin tibbi xüsusiyyətlərindən biri antioksidant olan eugenol ehtiva etməsindən irəli gəlir. Bu maddə xərçəng əmələgətirən hüceyrələrə yaxşı təsir edir və bunun qarşısını alır.
Brüssel kələmi
B kələmin tərkibində olan maddələr bədəndə şişin yaranmasının qarşısını alır. Bundan əlavə bədəndəki iltihablanmanın da qarşısını alır. Ona görə də bu kələm növündən bacardıqca çox istifadə etmək lazımdır.