Qadin.NET / Zərərli qidalar

Zərərli qidalar

Zərərli qidalar
Spirt
Spirtli içkilərin çox istifadəsi bədən üçün çox zərərlidir. Hətta ən kiçik miqdarı belə vitaminlərin mənimsənilməsinə mane olur. Bundan əlavə spirtli içkilərin kalorisi çoxdur, ürək xəstəliyinə tutulma riskini artırır. Bədənin bir çox yerinə ziyan vurur. Ürəyin işləməyinə maneçilik törədir, damarların içi daralır. Qara ciyər və böyrəkdə çürümə gedir və serroz xətəliyi baş verir. Ən böyük zərbəni isə mədə alır, çünki spirt birinci orada daxıl olur və nəticədə mədə qastriti, yazva kimi bir çox başqa xəstəliklərə  tutulur. 
Zərərli qidalar
Şirin qazlı içkilər
Onlar şəkərin, kimyəvi maddələrin və qazların qarışığıdır. Onların tərkibində çoxlu şəkər, süni qatqılar, qida boyaları, konservantlar, müxtəlif turşular və soda var. Bu isə orqanizmdə zərərli maddələrin tez yayılmasına səbəb olur. Hətta elə içkilər var ki, onların tərkibində kofein də var. Məsələn, "Coca-cola" içkisi ərp və pası təmizləmək üçün ən yaxşı vasitədir.
Qazlı şirin içkilərin tərkibindəki şəkərin miqdarının yüksək konsentrasiyası çox ziyanlıdır, belə ki, 1 stəkan suda həll olunmuş 4-5 çay qaşığı şəkər tozuna ekvivalentdir (bərabərdır). Odur ki, siz qazlı su ilə susuzluğunuzu yatızdırdıqdan 5 dəqiqə sonra yenə də maye içmək istəyirsiniz. Təəssüf ki, bunların da tərkibində rəngləyicilər və dad əvəzediciləri də az deyil. 
Zərərli qidalar
Fast food
Fast foodu çox yemək insanda piylənmə yaradır. Fast foodun tərkibi, əsasən, şəkər və ağ çörəkdən ibarətdir. Şəkərli yeməklərı yeyəndə qanda qlükozanın miqdarı artır, bu da əsas verir ki, mədəaltı vəzi insulin istehsal etsin. Bu da öz növbəsində qandakı şəkərın miqdarını aşağı salır. Qeyd etməliyik ki, insulin piylər şəklində karbohidrat kalorisini özündə saxlayan hormondur. İnsulin isə bədənin yağlardan azad olmasının qarşısını alır. İnsulin həm də yağların əriməsinə və böyümə hormonlarına mane olur, aclığa səbəb olur. Bu da insanda çox yemək istəyı yaradır. Hətta sonsuzluğa yol aça bilər.
Zərərli qidalar
Kartof və qarğıdalı çipsləri
Orqanizm üçün çox zərərlidir. Çipslər rəngləyicilərin və dad əvəzedicilərlə yanaşı karbohidratlarla yağların qarışığından başqa bir şey deyildir.  
Zərərli qidalar
Tez hazırlanan əriştə və şorbalar
Tez hazırlanan əriştə və şorbaların içində duzun miqdarı həddindən artıq çoxdur. Şübhəsiz ki, orqanizmə ziyanlı olan kimyəvi maddələrlə zəngindir. Bu cür yeməkləri öz plastik qablarında hazırlamaq qətiyyən olmaz. Elə o plastik qabın özü çox təhlükəlidir, xüsüsən də içinə qaynar suyu tökəndə.

Mayonez

Çox kalorili ərzaqdır, bundan başqa onun tərkibində çoxlu miqdarda yağlar və karbohidratlar, rəngləyicilər, şirinlik verən maddələr, qida əvəzediciləri və s. var. Zərərlı ərzaqlara yalnız mayonez yox, həmçinin, ketçup, müxtəlif souslar və ədviyyatlar da aiddir. Təəssüf ki, bunların da tərkibində rəngləyicilər və dad əvəzediciləri az deyil. Mayonezlərin tərkibində sirkə və müxtəlif turşular da var.  

Zərərli qidalar

Kolbasa və sosislər
Ətli delikoteslər ən zərərli ərzaqlardan biridir. Onların tərkibində aromatizatorlar və dad əvəzediciləri ilə ört-basdır edilən gizli yağlar (donuz dərisi, piylər) vardır. Bir çox ət məhsulları istehsalçıları transgenlərdən istifadə edirlər. Belə ki, kolbasaların və sosiskaların 80 %-i transgen soyadan ibarətdir.
Zərərli qidalar
Duz
Çox miqdarda duz istifadə edənlərdə iflic, ürək xəstəliyi və digər ürək-damar xəstəlikləri riskləri daha yüksək olur. Duzda olan problem onun çox istifadə edilməsindədir. Duz istifadəsinin ideal miqdarı nə qədər olmalıdır? Sağlam insan üçün gündə 5 q olmalıdır. Biraz xəstə və yaşlı insanlar üçün gündə 2 q olmalıdır və ya duzdan heç istifadə etməyin. Onsuz da yediyimiz qidaların tərkibində müəyyən qədər duz olur.

Konservləşdırılmış  qıdalar

Bu cür  yeməklərin tərkibində demək olar ki, heç bir vitamin yoxdur. Sadəcə şəkər, yağ, qida boyaları, turşular və müxtəlif yağlar var. Belə yeməklərlə qeyri-düzgün qidalanma birbaşa ürək xəstəliklərinə, piylənməyə, mədə-bağırsaq traktının xəstəliklərinə gətirib çıxarır. 

Zərərli qidalar
Şəkər
Şəkərdən istifadə son dövrlərdə çox geniş yayılıb. Şəkərin ən pis təsirlərindən biri adamı tez-tez acdırmasıdır. Əgər ac qarınına yesəniz, şəkəriniz birdən-birə yüksəlib, birdən də düşə bilər. Bu da qısa müddətdən sonra aclıq hissinin yenidən yaranmasına səbəb olar. Bundan əlavə lepin hormonuna da təsir edər. Leptin hormonu uzun müddətlik aclıq zamanı arıqlamağı təmin edir. Çünki o, beynə "doydum" siqnalını göndərır. 
23 avqust 2014
GO BACK