Dr. Joel Kahn xarici saytlardan birində verdiyi müsahibədə bəzi qidaların narkotik kimi asılılıq yarada biləcəyini deyib. O, "Bu qidaların hansılar olduğunu bilməkdə fayda var və bunları bilmək çox yeməyin qarşısını almağa kömək olar" deyə vurğulayıb. Budur, həmin qidaları sizlərə təqdim edirik.
Pendir və süd üzərində aparılan tədqiqatlar sayəsində hər iki qidanın zülalla zəngin olduğu məlum olmuşdur. Süd məhsullarının içindəki "casomorphin" adı verilən maddə var. Vegeterian olmağa çalışan insanların vaz keçməkdə ən çox çətinlik çəkdiyi qidanın pendir olduğu açıqlanıb.
Ətin tərkibində də opioid qəbuledicilərini aktiv edən albumin, hemoqlobin və qamma qlobulin kimi kimyəvi maddələr var. Türk yemək mədəniyyətində çox məşhur olan "Ətsiz doymuram"ın səbəbi bəlkə də elə budur.
Ağ unun və düyünün də tərkibində olan qliadin adlı zülal da qidaya aslılıq yaradan maddələr arasındadır.
Siçanlar üzərində aparılan bir araşdırmada şəkər və yağın kokain və morfin təsiri etdiyi ortaya çıxıb. Daha əvvəllər insanlar üzərində aparılan araşdırmalarda şəkərlə yağın birlikdə istifadə olunduğu xəmir şirniyyatlarında və ona bənzər yeməklərdə də eyni təsiri etdiyi sübut olunmuşdur.
Alış-veriş edərkən bu məhsullardan mümkün qədər uzaq durmağa çalışın. Qan şəkərini tarazlayan fındıq, darçın kimi qidalara üstünlük verin.