Tətbiq etdiyi təbii tibb metodlarıyla 9 ildə 90 min xəstəni müalicə edən Dr. Mustafa Yaşar Ramazan ayında tutulan orucun bədənin daxili təmizliyi və sağlamlığı baxımından da böyük əhəmiyyət daşıdığını deyib. Xüsusilə səhər 11.00 - 12.00 arası yarım saatlıq yuxunun öd sisteminin işinə dəstək olacağını da vurğulayıb.
Bitkilərlə müalicə mütəxəssisi (fitoterapevt) olan Dr. Mustafa Yaşar tutulan orucun bədəndə yığılan və sağlıq problemlərinə zəmin hazırlayan sərbəst radikallar və toksinlərdən təmizlənməsini təmin edildiyini bildirərək detoks müddətini dəstəkləmək üçün hər gün bir fincan adaçayı və ya cökə çayı içilməsini də təklif edib.
Çörəkotu da yumurta kimi, tox tutur. Dr. Yaşar ayrıca bir gün yarım çay qaşığı kətan toxumu, bir gün yarım çay qaşığı dəvətikanı qəbulunun bağırsaq sisteminin işinə və bədənin zərəli maddələrdən təmizlənməsinə kömək edəcəyini ifadə edib. Çörəkotunun da Ramazan boyunca bir neçə dəfə vacib yeməklərə qatılaraq, ya da yarım çay qaşığı ölçüsündə birbaşa daxilə qəbulunun həm toxluq hissini dəstəkləyici, həm də bədəndəki omeqa-3 tarazlığını saxlayıcı təsiri olduğunu vurğulayıb. Alça və üzüm doşablarının da detoksu dəstəkləyici xüsusiyyətləri olduğunu qeyd edib.
Sahur (imsak) yeməyi qaraciyər detoksuna dəstək olur. Sahur yeməyinin əsla ötürülməməsi lazım olduğunu vurğulayan Dr. Yaşar qaraciyər və öd kisəsinin qəbul edilən qidaları ən yaxşı qiymətləndirdiyi saatların gecə 23.00-3.00 arası olduğunu ifadə edib. Bu saatlarda qəbul olunan qidalar həzm olunmaz, qaraciyərin əsl vəzifəsi olan detoksa da mane olar. Gecə 3.00-dan sonra, yəni sahurda alınacaq qidalar həm qaraciyərin detoks fəaliyətinə mane törətməz, həm də həzm fəaliyyəti daha nizamlı olar.
Ramazanda ideal qidalanma necə olmalıdır?
Bədənin sərbəst radikal yükünü artıran ətli qidalar və xəmir xörəklərdən istifadənin azaldılmasının lazım olduğunu vurğulayan Dr. Yaşar deyib: "Detoks əsnasında bədənə daxil olan su miqdarı əhəmiyyətlidir. Bir yetkin insanın gündəlik olaraq 1.5-2 litr su istifadə etməyi, yay aylarında bu miqdarı artıraraq 2-2.5 litrə qaldırmağı vacibdir. Həm sahur, həm də iftarda mayesi çox olan meyvə və tərəvəzlərdən istifadə edilməsi, xüsusilə yay dövrlərində daha doğru olacaq. İftardan 1-1.5 saat sonra ediləcək yüngül məşq və qaçışlar, həm həzm, həm də detoks fəaliyyətlərini dəstəkləyir."