Qadin.NET / İstifadə etməyiniz vacib olan 10 tərəvəz

İstifadə etməyiniz vacib olan 10 tərəvəz

İstifadə etməyiniz vacib olan 10 tərəvəz
Balanslı şəkildə qidalandığınızdan əmin olmaq üçün qabınızın yarsını tərəvəzlə doldurun. Lif və antioksidanlarla zəngin, kaloridən qıt tərəvəzlərə həyatınıza (və qabınıza) daha çox yer açmalısınız.
İstifadə etməyiniz vacib olan 10 tərəvəz
1. Qırmızı çuğundur 
Kiçik bir boşqab çuğundur belə bol vitamin və mineral qaynağıdır. Xüsusilə fol turşusuyla zəngin olan çuğundurdan qan azlığını önləmək üçün istifadə olunur.
İstifadə etməyiniz vacib olan 10 tərəvəz
2. Kələm ailəsi ilə tanış olmağın zamanı gəldi: Brüssel kələmi, buruq kələm, qara kələm 
Uşaqların və kələmin möcüzələrini hələ də kəşf etməyən böyüklərin görəndə ağız əydikləri bu tərəvəz antioksidant anbarı olması  səbəbiylə süfrələrdən əskik edilməməlidir.
İstifadə etməyiniz vacib olan 10 tərəvəz
3. Pomido
Ehtiva etdiyi likopen maddəsi sayəsində bəzi xərçəng növlərini önləməkdə çox təsirli olan pomidor eyni zamanda xolesterolu salmağa da kömək edir.
İstifadə etməyiniz vacib olan 10 tərəvəz
4. Qırmızı bibər 
A və C vitaminləri ilə zəngin olan qırmızı bibərin tək bir porsiyası (təxminən 125 qr) bir yetkin insanın gündəlik C vitamini ehtiyacını qarşılamağa çatacaq qüvvədədir!
İstifadə etməyiniz vacib olan 10 tərəvəz
5. Brokkoli 
Kələm ailəsinin uzaqdan qohumu olan brokkoli laxtalanmaya kömək edir və sümükləri gücləndirmə qabiliyyətinə malik olan güclü bir antioksidantdır.
İstifadə etməyiniz vacib olan 10 tərəvəz
6. Soğan 
Təzə soğan, quru soğan, arpacıq soğan, kəvər və sarımsaq süfrənizdən əskik olmamalıdır. Antioksidant baxımından zəngin olan bu beşlik eyni zamanda xərçəng hüceyrələrinin böyüməsinə də maneə törədən sulfid tərkibinə sahibdir.
İstifadə etməyiniz vacib olan 10 tərəvəz
7. Balqabaq 
A vitamini ilə zəngin olan balqabaq güclü immunitet sistemi üçün lazım olan tərəvəzlərdəndir.
İstifadə etməyiniz vacib olan 10 tərəvəz
8. Kök 
A vitamini ilə  zəngin olan kök eyni zamanda sağlam gözlər üçün də mükəmməl bir təsirə malikdir.
İstifadə etməyiniz vacib olan 10 tərəvəz
9. Turp        
C vitamini, saçlara və dırnaqlara yaxşı təsir edən B6 vitamini, maqnezium, kalsium və kaliumla zəngin olan turp eyni zamanda kalorisi çox aşağı olan tərəvəzlər sırasındadır.
 İstifadə etməyiniz vacib olan 10 tərəvəz
10. İspanaq 
Təməl Rəisin söylədiyi qədər zəngin bir dəmir tərkibli olmasa da fol turşusu, A və K vitaminləri baxımından zəngin olan ispanaq bütün tünd yaşıl yarpaqlı tərəvəzlər kimi ürək-damar sağlamlığı üçün əhəmiyyətli qidadır.
16 may 2014
GO BACK