Soğan və sarımsaq
İçində olan kükürdlü birləşmələrdən dolayı qanda laxtalanmanın artmasına maneə törədərək ürək xəstəliklərinin meydana gəlmə riskini azaldır. Antioksidant təsiri göstərərək ürək-damar sisteminin sağlamlığını qoruyar. Hər gün bir diş sarımsaqdan istifadə edilməlidir.
Qırmızı üzüm
Tərkibindəki antioksidant sayəsində ürək xəstəliklərinə müsbət təsiri vardır. Hər gün bir salxım yeyilsə, əla olar.
Yulaf, çovdar, tam buğda unu
Tərkibində lifin yüksək olması, B və E vitaminlərinin olması ürək xəstəliklərinin qarşısını alır. Tərkibi zülal, kalsium, dəmir, sink, mis, maqnezium baxımından da zəngindir. Yüksək təzyiqi saldığı, ürək damar sisteminə müsbət təsir etdiyi üçün mütəmadi olaraq qəbul edilməlidir.
Yaşıl çay
İçindəki polifenollar ürək xəstəliklərinə qarşı təsirlidir. Aterosklerozun qarşısını alır. Qara çay və qəhvə yerinə yaşıl çay içmək piylənmənin də qarşısını alır.
Qoz
Fol turşusu və E vitamini, dəmir, fosfor, sink, omeqa-3 yağ turşusu baxımından zəngindir. Yüksək xolesterola qarşı qoruyucudur.
Omeqa-3
Omeqa 3-ün ən əhəmiyyətli qaynağı balıqdır. Balığı həftədə 2-3 dəfə yemək çox faydalıdır. Balıq yağının içində EPA və DHA yağ turşuları var. Balıq yeməklə sağlam həyat tərzinə qovuşmaq olar. Təbii ki, hər şeyi qəbul etməyin də bir həddi olduğunu unutmamalıyıq.
Pomidor
Tərkibindəki likopen ürək xəstəliklərinin yaranması riskini aşağı salır. Xüsusilə suyu, püresi, ya da bişmiş pomidorda likopen miqdarı daha artıq olur.
Tərkibi doymamış yağ turşuları, kalium, E vitamini və omeqa-3 ilə zəngindir. Ürək xəstəliklərinə qarşı faydalıdır. Hər gün 1 çay qaşığı kətan toxumu qatıq, şorba kimi qidaların içinə qatılaraq yeyilə bilər.