Qadin.NET / Yay aylarında enerjimizi qoruyaq

Yay aylarında enerjimizi qoruyaq

Yay aylarında enerjimizi qoruyaq

Soyuq aylardan sonra isti havalar insana enerji verir. Amma bu, hər kəsə aid olmur, çünki adamların bəzilərində halsızlıq, yorğunluq, yuxuya meyl, diqqət əskikliyi, oynaq ağrıları kimi problemlər yaranır və bu problemləri aradan qaldırmaq üçün hər gün dərman içənlər var. Bəziləri isə qışda aldığı çəkni itirmək üçün şok pəhrizlər saxlayır, internet və ya bəzi şirkətlər tərəfindən satılan arıqlama dərmanlarından istifadə edirlər. Digərləri isə pəhriz kitablarına üz tutur və hər kəsin öz orqamizminə uyğun olaraq pəhiz saxlamalı olduqlarını unudurlar. Bu zaman isə onlar bədəndəki maddələr mübadiləsinə və immun sistemlərinə düzəldilməsi mümkün olmayan zərərlər verirlər.
Yay aylarında enerjimizi qoruyaq
Sudan istifadəni artırın
Sağlam qidalanmaq üçün əvvəlcə gündəlik mütləq 2-2,5 litr, yəni 10-12 stəkan su içmək lazımdır. Havalar istiləşdikcə suya olan tələbatımız artır. Çoxları bu tələbatı çay və ya qəhvə ilə ödəməyə çalışır. Amma çay, qəhvə suya olan tələbatı ödəyə bilmir. Hər gün müəyyən qədər bitki çayı ilə suya olan tələbatınızı müəyyən qədər ödəyə bilərsiniz. Ancaq geriyə qalan tələbatı mütləq su ilə ödəməlisiniz.
Gündəlik olaraq az-az və tez-tez yemək yeməlisiniz. Beləliklə, anidən acma və yeməyə hücum hallarının qarşısını ala bilərsiniz. Ağır yeməklərdən uzaq durun. Qovurma, qızartma kimi yağlı yeməklər daha çətin həzm olur. Bu da insan bədənində yorğunluq yarada bilir. 
Yay aylarında enerjimizi qoruyaq
Yay fəslinə hazırlaşarkən qidalanma necə olmalıdır?
Mütləq təzə tərəvəz və meyvə yeyilməlidir. Gündə ən az beş boşqab meyvə-tərəvəz yeyilməlidir. Əsas yemək zamanı salatlar, ara yeməklərdə isə meyvə yeyin. Meyvə və tərəvəzlərin mütəlif olmağı vitaminlərin qəbulu baxımından da çox faydalıdır. Bu halda immunitet gücləncək və bədənimiz bizi hər cür xəstəlikdən qoruyacaq vitaminlər yığacaq (sink, dəmir, selenium və s.).
Kök, ərik, qovun, şaftalı, ispanaq, acıtərə, cəfəri, balıq, yumurta sarısı kimi A vitamini ilə zəngin yeməklər, yaşıl yarpaqlı tərəvəzlər, bitki mənşəli yağlar, yumurta kimi E vitamini ilə zəngin yeməklər, bibər, çiyələk, kivi, brokoli, cəfəri kimi C vitaminindən bol olan qidalarla qidalanmaqla bədəninizdə vitamin anbarı yarada bilərsiniz. Taxıl məhsullarından istifadə edərək qan şəkərinizi də balanslaşdıra, yay aylarında bədəninizdəki yorğunluğun dəf edilməsinə başlaya bilərsiniz. 
Yay aylarında enerjimizi qoruyaq
Bütün bunlarla yanaşı, mütləq hərəkət etməlisiniz. Hərəkət olmasa, həyat da olmaz. Həftədə ən azı 3 gün 30-45 dəqiqəlik templi yürüşə mütləq yer ayırın. Bu zaman həm sağlam, həm də incə bir bədənə sahib olacaqsınız. Beləliklə də qarşıdan gələn yay fəslini sağlam bir şəkildə qarşılayacaqsınız.
18 aprel 2014
GO BACK