Qadin.NET / Siqareti tərgitdikdən sonra qidalanma

Siqareti tərgitdikdən sonra qidalanma

Siqareti tərgitdikdən sonra qidalanma

Siqareti tərgidəndə nikotinin üzündən metabolizm sürətində azalma baş verə bilər, buna mane olmaq üçün idmana başlaya bilərsiniz. İdmanla məşğul olanların siqaret tərgitmə cəhdi 2 dəfə daha çox müvəffəqiyyətlə sonlanıb.

Siqareti tərgidərkən qan şəkərinizdə nizamsızlıq meydana gələ və orqanizminiz şirniyyat tələb edə bilər. Bunun qabağını almaq üçün şəkərsiz saqqız çeynəyə, şəkər ehtiyacınızı meyvələrlə və ya təzə sıxılmış meyvə suları ilə əvəz edə bilərsiniz. Ancaq hər 1 çay stəkanı təzə meyvə suyunda təxminən 40-45 kalori olduğunu da unutmayın. Buna görə də onu su ilə qarışdırıb içmək olar. Siqareti tərgitdikdən sonra kalorili içkiləri çox içməyin. Ümumiyyətlə, bu içkilər siqareti yadınıza salar, digər tərəfdən siqareti tərgidərkən bir qədər əsəbi və gərgin ola bilərsiniz. Həmin içkilərdə olan kafein isə bu narahatlığı daha da yüksəldər.

Siqareti tərgitdikdən sonra qidalanma
Siqareti tərgitdikdən sonra...
Dad alma duyğusunun artmasıyla yeməklərin dadı və iyi daha yaxşı hiss edilir. Siqareti tərgidən insan tütündən aldığı damaq zövqünü yeməklərdən almağa cəhd göstərir. Siqaret, ümumiyyətlə, iştahı kəsir. Siqareti tərgitdikdən sonra iştah arta bilər. Bu zaman dişləri fırçalamaqla və ya nanəli konfetlə yeməyə son qoya bilərsiniz. Gün ərzində acdıqca təzə tərəvəzlərdən yağsız salat hazırlayaraq yeyə bilərsiniz.
Sous kimi yağsız souslar, qatıq və limondan istifadə edə bilərsiniz. Bu, sizə həm toxluq hissi verəcək, həm də artıq bəslənmiş olduğunuzu düşünərək bir müddət sonra yeməyə iştahınız olmayacaq.
Siqareti tərgitdikdən sonra qidalanma

Daha çox meyvə yeyin

Əgər əvvəllər belə bir vərdişiniz yox idisə, meyvə salatları hazırlayıb bunu daha əyləncəli hala gətirə bilərsiniz. Şirniyyatı bıraxın. Şəkər və şokoladdan istifadəni məhdudlaşdırın. Nadir hallarda özünüzü mükafatlandırmaq üçün südlü və ya meyvəli yüngül şirniyyat (cem,balqabaq kimi) yeyin.

Kəpəkli çörəkdən istifadə edin. O, sizdə həm daha çox toxluq hissi yaradacaq, həm də B qrupu vitaminlərlə çox zəngin olduğu üçün sağlam qidalanma baxımından faydalı olacaq.

Gün arası yeməkləri artırın. Az-az və tez-tez yeyin. Gün ərzində 5-6 dəfə və az yemək daha yaxşıdır.

Siqareti təgidən insan böyük bir müvəffəqiyyəti reallaşdırdığı üçün özünü mükafatlandırmaq istəyəcək. Əgər mükafat olaraq yüksək miqdarda kalorili qidaları seçsə və bu vəziyyət uzun sürsə, sağlam qidalanma vərdişindən tamamilə uzaq düşmüş olacaq.

16 aprel 2014
GO BACK