Qadin.NET / Sağlam qidalanma proqramı

Sağlam qidalanma proqramı

Sağlam qidalanma proqramı

Dünya əhalisinin əhəmiyyətli bir hissəsi qeyri-kafi və balanssız qidalanma nəticəsində yaranan xəstəliklərlə mübarizə aparır. Digər tərəfdən isə həddindən artıq qidalanma nəticəsində yaranan həddindən artıq köklük bir çox insan üçün əhəmiyyətli bir sağlamlıq problemi olaraq qalmağa davam edir. Sağlam qidalanma - kafi və balanslı qidalanmadır. Vücudumuzu əmələ gətirən hüceyrələrin nizamlı və balanslı işləməsi üçün qida elementlərindən (yəni yağlar, karbohidratlar, zülallar, vitaminlər və minerallardan) kafi miqdarda istifadə etməliyik. Bədənimizin bütün qida maddələrinə ehtiyacı vardır. Tək tərəfli qidalanmaq, yəni yalnız zülal və ya karbohidratla qidalanmaq səhvdir.     

Sağlam qidalanma proqramı

Vücudumuz bizim üçün çox qiymətlidir və sağlam olmaq üçün diqqət etməli olduğunuz qaydalardan ən asanı sağlam qidalanma proqramlarına əməl etməkdir. Sağlam qidalanma dedikdə, ağlınıza qəliz və riayət olunması çətin olan pəhrizlər gəlməsin. Yalnız bir neçə diqqət ediləcək nöqtəyə nəzər salaraq özünüzü sağlam və gənc hiss etməyə davam edə bilərsiniz. Budur, sağlam qidalanma proqramına riayət etmək üçün etməyiniz lazım olanların siyahısı:    

- Qırmızı və yağlı ətdən uzaq olun, yağı az olan balıq və toyuq məhsullarından istifadə etməyə çalışın; 

- Az yağlı süd məhsullarından istifadə edin;

- Qızartma, sobada bişmiş və qaynadılaraq hazırlanmış ətdən istifadə edin;

- Çox şəkərli və kalorili duru qidalardan istifadə etməyin;

- Duzdan istifadəni gündə 2 çay qaşığını keçməyəcək həddə çatdırın.

Sağlam qidalanma proqramı

Yeməklərə dair verdiyimiz bu məsləhətlərdən sonra qidalanma hiylələrinə aid əlavələrimiz də var. Öncə səhər yeməyini yemək lazımdır. Çünki gecə boyu heç bir enerji mənbəyindən qidalana bilməyən zehniniz səhər oyanan kimi ilk iş kimi qidaya ehtiyac duyacaq. Səhər yeməyindən gün bitənə qədər bir dəfəyə böyük paylar yemək yerinə, bir neçə pay daha artıraraq yeməyi azaldın. Dolu mədəylə günə davam etməyiniz həzmin çətinləşməsinə gətirib çıxardığı kimi, daha tez yaşlanmanıza da səbəb olacaq. Sudan istifadəni azaltmayın. Müəyyən aralıqlarla bir stəkan su içmək həm həzm problemlərinin qarşısını alar, həm də bədəninizdə əmələ gələ biləcək susuzluqdan yaranan çökmə və izlərdən xilas ola bilərsiniz.

Sağlam qidalanma proqramı

Meyvədən istifadə böyük əhəmiyyət daşıyır. Yeməklərlə birlikdə istifadə etdiyiniz meyvələrin qida və enerji dəyərlərinin böyük hissəsi hədər gedəcək. Buna görə də yeməkdən yarım saat əvvəl və ya üç saat sonra meyvə yemək vücudunuzun enerji və dincliyini qorumaq üçün çox faydalı olacaqdır. Az, nizamsız və ya həddindən çox qidalanma bədən tarazlığımızı pozaraq bizi xəstəliklərə, yaşlanmağa və yorğunluğa gətirib çıxaracaq. Əlbəttə, sağlam qalmaq üçün yalnız qidalanma proqramlarına riyayət  etmək kifayət deyil. Eyni zamanda idman kimi digər fəaliyyətlərlə birlikdə sağlam qidalanma proqramı siyahılarını izləməyiniz daha sürətli nəticə almağınızı təmin edəcək. 

10 mart 2016
GO BACK