Qadin.NET / Meyvə-tərəvəzi sevirsinizmi?

Meyvə-tərəvəzi sevirsinizmi?

Meyvə-tərəvəzi sevirsinizmi?

Bir çox vitaminləri özlərində cəmləyən meyvə, tərəvəzdə olan kimyəvi maddələr xaricdən aldığımız antioksidantlardır. Bəlkə də ən böyük aktioksidant sarmısaqdır. Əzilmiş sarmısaq daha xeyirlidir.

Yaşlanma, gen mutasiyası, hüceyrənin molekulyar dəyişməsi kimi hallarda sərbəst radikallar yarana bilər. Ən vacib antioksidant da C vitaminidir. Bu vitaminin miqdarı təzə meyvə, tərəvəzdə daha çoxdur. Buna görə də onlardan daha çox istifadə olunmalıdır. Vitamin C ən azından gündə 4-6 dəfə qəbul edilməlidir.

3 meyvə+1 tərəvəz+1 salat yeyən insan günlük C vitaminini qəbul etmiş olur.

C vitamininin daha bir xeyri də bədəndə çatışmayan dəmiri artırmasıdır. Buna görə çox faydalı olan doşabdan da istifadə etməyiniz məsləhətdir. O, immuniteti gücləndirir, oksidləşmədə, qan laxtalanmasının gecikməsində, enerji mübadiləsində əhəmiyyətli yer tutur, bədəndə yağlanmanın qarşısını alır. Eyni zamanda sumukləri qoruyur, bədəni, dişləri güclü saxlayır, saç və dırnaqları bərkidir. 

Meyvə-tərəvəzi sevirsinizmi?

Beyni qüvvətləndirən vitamin və mineralların ən çoxu meyvə və tərəvəzdədir.

Tərəvəzli yeməyi sevməyənlər mütləq təbii və ya qurudulmuş meyvələrdən istifadə etməlidirlər. Təzə sıxılmış meyvə şirəsi, təzə hazırlanmış salat və ya fındıq, badam kimi quru meyvələr urəyi xəstə olanlar üçün faydalıdır. Süd, qatıq, kalsiumu çox olan balıq məhsulları, yumurtadan yeməklərdə istifadə olunmalıdır. Bu məhsulların insanların çəkisi, yaşı, xəstəlikləri nəzərə alınmaqla istifadə olunması daha məqsədəuyğundur. Meyvə-tərəvəzlərdə olan vitaminləri də bu məhsullardan əldə etmək olar.

Meyvə-tərəvəzi sevirsinizmi?

Meyvə-tərəvəzlərdən gündəlik həyatımızda daha çox istifadə etməklə ömrümüzü uzada bilərik. Meyvə-tərəvəz aldıqda onların harda və necə yetişməsinə, hansı dərman və gübrələrdən istifadə olunmasına, necə sulanmasına, nə vaxt yığılmasına, nə vaxt satışa çıxarılmasına da diqqət yetirməliyik. 

Market və ya bazardan alış-veriş edəndə satıcı malların təzə olduğunu bizə sübut etməlidir. Bunlara diqqət etməsək, tarladan süfrəmizə gələn meyvə-tərəvəzin bir xeyri olmaz.

26 dekabr 2013
GO BACK