Qadin.NET / Süd məhsullarının 3 əsas faktı

Süd məhsullarının 3 əsas faktı

1.Kefir yoqurtdan daha xeyirlidir

Süd məhsullarının 3 əsas faktı

Birinci, kefirin tərkibində mədə bağırsağa lazımlı daha çox bakteriyalar var. (yoqurtdan 2 dəfə daha çox) Ikincisi, kefir daha yaxşı həzm edilir. Və yoqurtdan fərqli olaraq, kefirin tərkibində turşuluq nisbətən azdır. Kefirin tərkibində maya olduğu üçün orqanizmdə  V vitamin qrupunun istehsalına kömək edir. Bu qrup vitaminləri digər qidalarda tapmaq asan deyil. Buna görə adətən orqanizmdə bu vitamin defisit olur. Bu haqda süd məhsulları üzrə mərkəzi mikrobiologiya labarotoriyasının rəhbəri İrina Rojkova məlumat verir.

Kefir alarkən diqqətli olun, qutunun üzərində “kefir içkisi” deyil, “kefir” yazılmış olsun və “Kefir göbələklərinin qıcqırdılması yolu ilə əldə edilib” sözü olsun.

2. Yağlılığı az olan süd məhsullarının tərkibində kalsium daha çoxdur

Süd məhsullarının 3 əsas faktı

Süd məhsullarının yağlılığı az olduqca tərkibindəki kalsium daha çoxdur. O, yağların yerini əvəz edir. Bunu iyirmi illik təcrübəyə malik britaniyalı dietoloq Syu Baik (Bristol Universitetinin sağlam qida şöbəsinin rəhbəri) bildirir.

Kalsium təkcə insan skeletini osteoporozdan qorumur, həmçinin arıqlamağa da kömək edir. O, orqanizdəki yağları çıxarır. Ona görə də qutusunun üzərində 1-2% olan məhsulları rahatlıqla əldə edə bilərsiz. Bu xüsusiyyət həmçinin pendirə də aiddir. Məsələn, 17%-lik Oltermanni pendirində kalsium daha çoxdur.

3. Gün ərzində 2 porsiyadan çox süd məhsulu qəbul etmək orqanizmə ziyandır

Süd məhsullarının 3 əsas faktı

Adət etmişik ki, inək südünün tərkibi kalsium, vitamin D və digər orqanizm üçün xeyirli  olan maddələrlə zəngindir. Lakin məişət istehsalı olan süd heç də keçmiş zamanlarda içilən süd deyil. Əsas problem-onların tərkibində hormonların mövcudluğudur. Bu hormonlar qadınlarda süd vəzi xərçəngi, kişilərdə isə prostat xəstəliyini yaradır.

Harvard Universitetinin professoru Hanma Davasambu Monqolustan fermalarında istehsal edilən təbii süd ilə məişət  südünün tərkibindəki estrogen hormonunun fərqini müqayisə edir. Nəticədə ikinci südün tərkibində estrogen 33 dəfə daha çox aşkarlanır. Səbəb müasir heyvandarlıqda heyvanların ilin bütün mövsümlərində sağılması göstərilir. Heyvanda hamiləliyin müddəti çoxaldıqca tərkibindəki estrogen də artır. Monqolustanda isə inəkləri ilin sadəcə 5 ayında sağırlar (doğuşdan dərhal sonra və hamiləliyin əvvəlində). Buna görə də onların tərkibində estrogen on dəfəyə qədər aşağıdır.

Hormonlardan uzaq olmaq üçün dietoloqlar yağlılıq faizi az olan məhsullardan istifadə etməyi tövsiyyə edir. Yağın az olması hormonun az olması deməkdir. Çünki, yağlar hormonların mövcudluğu üçün “gözəl mühüt” hesab edilir. Və gün ərzində 2-3 porsiyadan çox süd məhsulu yeməyin. Maksimum 200 ml süd, 2-3 dilim pendir, 200 qr yoqurt

 Həmçinin rasionunuza  digər kalsium tərkibli məhsulları da əlavə edin. Məsələn, təzə ispanaq, badam südü. Onun tərkibində çoxlu kalsium, fosfor, maqnezium, sink, vitamin E və fol turşusu var.

12 avqust 2013
GO BACK