Qadin.NET / Xəstəliklərə qarşı möcüzəvi ərzaqlar

Xəstəliklərə qarşı möcüzəvi ərzaqlar

      Ölüm hər insanın yaşayacağı bir andır. Ondan qaçış yoxdur, amma araşdırmalara görə ən çox ölüm səbəbləri arasında xəstəliklər ilk sırada gəlməkdədir. Xəstəliklərdən qorunmaq isə insanın öz əlindədir. Bəzi yeməklər ən çox ölüm səbəbi olan xəstəliklərə qarşı qoruyucu xüsusiyyətə malikdir. Bəslənmə planınızda bu qidalara daha çox yer verməyə çalışın.

 

 

Sarımsaq
    Təbii antibiotik olaraq bildiyimiz sarımsaq xolesterol səviyyəsini azaldıb, damar sağlamlığına müsbət təsir edir. Gündə ən az 2-3 diş sarımsaq qəbulu məsləhətlidir. Sarımsaq ürək sağlamlığı ilə yanaşı xərçəngə qarşı da qoruyucu vasitə kimi qiymətləndirilir. Tamamilə sobada bişirilib qəbul edildiyində detoks təsiri görtərir. Ağır metal olan civə və kadmiumdan bədəni təmizləyir.
 

 

Yumurta
   Zülal mənbəyi olaraq ən keyfiyyətli tərkibə sahib yumurta, bədənimiz üçün lazımlı amin turşuları ilə zəngindir. Kolin istehsal etdiyi üçün ürək və beyin sağlamlığını qoruyur.
 

Göbələk
   Əsrlərdir şərq mədəniyyətində müalicə məqsədi ilə istifadə edilən göbələk növləri, immunitet sistemini gücləndirir. Bu səbəbdən ən başda xərçəngə qarşı qoruyucu vasitə hesab edilir. Yaponiyada edilən bir araşdırmaya görə davamlı olaraq göbələk qəbul edilməsi xolesterol səviyyəsini 45%-ə endirir.

Avokado
  Tərkibindəki yağ və kalori miqdarının yüksək olması ilə seçilən  avokado digər qidalara görə fərqlidir. Sağlam qidalanmağı və arıqlamağı dəstəkləyən MUFA, doymamış yağ turşusu istehsal edir. MUFA ürək sağlamlığını qoruyan və şəkər xəstəliyi riskini minimuma endirən bir yağ turşudur. Avokadoya həm də göz sağlamlığını qoruyan lutein daxildir və lif baxımından zəngindir. 
Qaragilə
  Göz və beyin sağlamlığını qoruyan qaragilə yaddaşa da müsbət təsir etməkdədir. İnfeksiya məhv etmə xüsusiyyətinə malik qaragilə alzaymer, parkinson, artrit, şəkər və ürək xəstəliklərinə qarşı qoruyucu hesab edilə bilər. Edilən araşdırmalara görə qaragilə digər meyvələrə görə xərçəngə qarşı daha çox qoruyucu xüsusiyyətə malikdir.

Nar
  Antioksidant dəyəri olduqca yüksək olan nar, ürək damar sağlamlığını qoruyur, damarda laxtalanmanın qarşısını alır. Məhz bunun üçün xəstəlik riskini minimuma endirir. Yaşlılıq əlamətlərini azaldır.
 


 
Badam və kətantoxumu
  Tərkibi lif və təkli doymamış yağ turşusu ilə zəngin olduğu üçün xolesterol səviyyəsini salır, ürək xəstəlikləri riskini minimuma endirir.
 

 

Alma
  Güclü antioksidan olan alma yaşlılıq əlamətlərini minimuma endirən ən təsirli meyvədir. Ürək-damar  xəstəliklərinə qarşi  qoruyucu təsiri vardır. Almanı qabığıyla yeməyə alışın. Araşdırmalar göstərir ki, qabığındakı polifenollər qabıqsız halından 5 qat daha çoxdur. Bununla yanaşı qabığıyla birlikdə lif miqdarını da artırmaqdadır.
Kələm
  İndol istehsal etməsi  ilə seçilən kələm, xərçəng növlərindən qoruyan təsirli bir tərəvəzdir. Həftədə ən az 1 dəfə istifadə edilməsi kolon xərçəngi riskini 66% azaldır. Kələm, bundan başqa immunitet sistemini gücləndirib, zərərli virus və bakteriyalara qarşı qoruyucu təsirə malikdir.
Xəstəliklərə qarşı möcüzəvi ərzaqlar
Balıq
  Yağlı balıqlar ürək xəstəliyinin qarşısını almaqla yanaşı, xərçəngə qarşı qoruyucu təsirə də malikdir. Həftədə ən az 2 dəfə yeyilməsi depressiyaya qarşı müqavimət yaradır. Xüsusilə yağlı balıqların istifadə edilməsi (somon və kilkə kimi) omeqa- 3 yağ turşusu ilə bədənimizi təmin edəcək.
11 avqust 2013
GO BACK