Qadin.NET / Mütəxəssislərdən sağlam bədənin sirləri

Mütəxəssislərdən sağlam bədənin sirləri

Sağlam və gözəl bir bədənə sahib olmaq üçün mütəxəssislərin tövsiyələrinə nəzər yetirək!

 

Mütəxəssislərdən sağlam bədənin sirləri

 

 

1. İştahı azaltmaq üçün şirniyyat yeyin

Çox sayda elm adamı həzm sistemi ilə bağlı bir sıra araşdırmalar aparıb. Alınan nəticələrə əsasən, yeməkdən əvvəl yeyilən şirniyyat iştahı kəsir və həzm sisteminin daha sürətli çalışmasına kömək edir.

Buna görə də məşhur mütəxəssislər yeməkdən əvvəl şirniyyat yeməyi təklif edir. Sevdiyiniz meyvələrdən hazırladığınız kokteyli içdikdən sonra yeməyə başlayın!

 

Mütəxəssislərdən sağlam bədənin sirləri

 

2. Turş şeylər yeyin

"The Comfort Table" kitabının müəllifi Katie Lee deyir: "Limon mənim gizli silahımdır. Suyunu  sıxıb çıxara və ya zeytun yağı, kərə yağı və ya duzdan istifadə etmək əvəzinə tərəvəzlərə qatıb istifadə edə bilərsən. İspanağı bir çay qaşığı zeytun yağı ilə pörtlədib üzərinə bir az limon tökə bilərsiniz. Belə çox az kalorili olar".

 

Mütəxəssislərdən sağlam bədənin sirləri

 

3. İçməzdən əvvəl mütləq düşünün!

Köşə yazarı Zinczenkonun sözlərinə görə, "Demək olar ki, bir insan yalnız içkilərdən gündə 400 kilokalori alır. Bundan başqa 10 qaşıq şəkərdən istifadə edirik. Əgər meyvə suları və mədən suları əvəzinə şəkərsiz çay və su içsək, ildə 20 kilo arıqlaya bilərik".

 

Mütəxəssislərdən sağlam bədənin sirləri

 

4. Yumurtanı sınayın

Pittsburg Universiteti Sports Medicine Mərkəzinin qidalanma bəlməsinin direktoru Leslie Bonci də bunları əlavə edir: "Yumurtada yalnız 70 kilokalori vardır və bunun yanında zülal, D vitamini, dəmir və bəzən Omega-3-dən istifadə etmək olar".

 

Mütəxəssislərdən sağlam bədənin sirləri

 

5. Ədviyyatdan istifadə edin

Fərqli ədviyyat qarışıqlarından salat, ya da yeməklərinizdə istifadə edə bilərsiniz. Antioksidant baxımından zəngin olan ədviyyatlar maddələr mübadiləsi və həzm sisteminizin daha tez işləməsinə səbəb olacaq. Darçın qan şəkərini tənzimləyir, kəklikotu xərçəngin qarşısını alır. Ona görə də tərəvəzin üzərinə darçın, salat və makaron sosuna da çoxlu ədviyyat əlavə edin.

 

Mütəxəssislərdən sağlam bədənin sirləri

 

6. Tam doymadan süfrəni tərk edin

Mədə dolmağa başlayanda və hələ bir az ac olarkən yeməyi buraxın. Lakin özünü nədənsə məhrum edirmiş hissiylə yox! Çox da ac qalmaq olmaz. Özünüzü həm daha yaxşı hiss edəcək, həm də daha gözəl görünəcəksiniz.

 

Mütəxəssislərdən sağlam bədənin sirləri

 

7. Vegetarianlığı da qəbul edin

 "The Food Matters Cookbook" kitabının müəllifi Mark Bittman belə deyir: "Sağlamlığını və bel ətrafını düşünürsənsə, qida payının əsas hissəsi tərəvəz olmalıdır. Hər nə olursa-olsun, çox yeməkdə də azadsan. Böyük bir dilim zülal tərkibli və az miqdarda tərəvəz yerinə kiçik bir parça balıq və ya ət və bir qab dolusu tərəvəz ye" deyir.

 

Mütəxəssislərdən sağlam bədənin sirləri

 

8. Çox zülal qəbul etməyin!

Həddindən artıq zülal yeməyin. Çünki çox zülaldan istifadə etmək eyni zamanda "yağlı" qidalanmaq mənasını verir. Çox yağlı qidalanmaq də maddələr mübadiləsinin sürətli işləməyinə mane olur. Bu səbəbdən gündəlik qida ehtiyacınızın yalnız 18 %-i zülaldan ibarət omalıdır. Çox zülal qəbulu böyrəklərin funksiyasını da zəiflədir.

20 iyun 2013
GO BACK