Qadin.NET / Qida və iş

Qida və iş

İşləyən qadının əhvalı və onun iş qabiliyyəti əksərən onun yeməyindən asılıdır.Orqanizmin müəyyən  qidaya tələbatı işin xarakteri ilə təyin edilir.Fiziki iş energetik "yanacaqla" zəngin qida tələb edir.  Zehni işlə məşğul olanlar öz qida rasionlarına fosfor birləşmələri,zülal,vitaminlərlə zəngin olan ərzaq  əlavə etməlidirlər.

 

              Orqanizmə enerji verən karbohidrat və yağları zülallarla elə tamamlamaq lazımdır ki,bunların miqdarı  bütün enerjinin 30%-ni versin.Zülallar çatışmadıqda azotun ifrazı çoxalır ki,bu da orqanizmin susuzlaşmasına   səbəb olur. Mineral duzlar nəinki tikinti materialı kimi,həmçinin kimyəvi reaksiyaları sürətləndirən maddələr -katalizatorlar kimi də çox vacibdir.Onlar sinir və əzələ liflərinin oyanmasının lazımi səviyyəsini təmin edir ,orqanizmin toxumalarında turşu-qələvi tarazlığını saxlayır.Məsələn,kəsirliyi həm zehni,həm də fiziki iş zamanı əmək  qabiliyyətini azaldır.Fiziki iş zamanı orqanizmin B qrupu vitaminlərinə tələbatı kəskin surətdə artır. İsti yerlərdə işləyərkən tər ilə birlikdə B qrupu,C və PP vitaminləri də itir.B və C vitaminlərinin çatışmaması isə  yorğunluq hissi yaradır ki,bu da əmək məhsuldarlığını aşağı salır. Orqanizmin həyat qabiliyyətinin yaxşılaşmasında qidanın oynadığı rolu BMT-nin nəzdindəki ərzaq və kənd 

  təsərrüfatı məhsulları komitəsi qısa və çox dürüst göstərmişdir: "Düzgün qidalanma sayəsində insan qüvvətli orqanizmə,iti zəkaya,möhkəm sağlamlığa,uzun müddətli yaradıcı ömrə,ya da..."cavan qocalığa" malik olur." Düzgün qidalanmamanın nəticəsində orqanizm zəifləyib xəstəliklərə müqavimət göstərə bilmir,təfəkkür   ləngiyir,yorğunluq və gücsüzlük,vaxtından əvvəl qocalma ola bilər.

Qida və iş

         Ən böyük səhv səhər yeməyinin tələsik yeyilməsi,ya da işə acqarına getməkdir.Bu,həm sağlamlığa,həm də iş qabiliyyətinə  pis təsir göstərir.İşə getməmişdən əvvəl yeyilən səhər yeməyi 4-5 saat ərzində yaxşı işləməyə  imkan verir.Bundan sonra iş qabiliyyəti zəifləyir.Onun bərpa olunması üçün qısa istirahət və nahar eləmək  lazımdır.Lakin ağır fiziki işlə məşğul olanlar çox yeməməlidirlər.çünki doyunca yeyəndən sonra adam özünü  ağır hiss edir və yatmaq istəyir,bu da işə mane olur.Belə hallarda onlar əsas yemək olan naharı işdən bir az  sonra yeməlidirlər.Zehni əməklə məşğul olan və günün çox hissəsini stol arxasında keçirən adamlara məsləhət görərdik ki,az-az,ancaq tez-tez yesinlər,yüksək kalorili.yağlı,ya da köpmə verən tərəvəzlərdən (noxud,lobya və s.)

   çəkinsinlər. Düzgün qidalanma orqanizmin peşə xəstəliklərinə müqavimətini artırır.Düzgün qidalanmayan,tamdəyərli qida qəbul etməyən adamların orqanizmi sağlamlığa zərər yetirə biləcək maddələrə az müqavimət göstərir.Ən  təhlükəli hal isə orqanizmdə tamdəyərli zülalların,kalsium və vitaminlərin çatışmamazlığıdır.

25 fevral 2016
GO BACK