Bayram günləri süfrəmizi ləziz təamlarla bəzəyib hər birində dadmağa çalışırıq. Yağlı və çox kalorili xörəklərlə pozulmuş qidalanmanı yenidən nizama salmaq üçün ən azi bizə 2-3 həftə vaxt lazım olur. Ona görə də ümid etməyin ki, əvvəlki bədən formasını 2-3 günə bərpa edə biləcəyik. Bayramdan sonra cürbəcür şirniyyatlar, az hərəkətlilik, davamlı olaraq heç bir işlə məşğul olmamaq, ən əsası həddindən çox yemək artıq çəkiyə,tez yorulmaya və halsızlığa gətirib çıxarır. Təbii ki, mədəmizdəki ağırlıq bizə narahatçılıq yaradır. Bütün bunların baş verməməyi üçün aşağıdakı məsləhətləri diqqətlə oxuyun:
Ciddi pəhrizləri bir kənara qoyub zərərli qidaları azaltsanız yaxşı olar.
Bunlara daxildir: qazlı sular, konservləşdirilmiş məhsullar, kolbasa və un məmulatları, duz, şirələr.
Çox hərəkətdə olmaq lazımdır. Gün ərzində 30 dəqiqə gəzinti, mümkün olsa konki və xizək ilə sürüşmək arzuolunmaz kaloridən azad olmağa kömək edir.
Yağsız balıq (parda bişirilsə lap yaxşı), tərəvəz,göyərti,yaşıl çay, ağartı məhsullarından çox istifadə edin. Həyatını şirniyyatsız təsəvvür edə bilməyənlərin köməyinə meyvə quruları (xurma, gavalı, ərik) çatacaq.
Həftədə 1-2 gün yüngülləşmə günü düzəldin. Belə ki, həmin gündə yalnız alma və ya qatıq yeyin.
Bayramdan sonra OLAR:
Kərəviz, xiyar, pomidor, kələm, kök
Ət (əsasən toyuq, hind toyuğu və file)
Qatıq, yağsız yoqurt
Tərəvəz şorbaları
Balıq (əsasən skumbriya, treska və buzlu)
Bayramdan sonra OLMAZ:
Çipsilər
Qazlı şirin sular,şirələr (bunlar sizdə aclıq hissi yardacaq və siz yeməyə başlayacaqsınız).
Marqarin
Ketçup
Mayonez
Evdə hazırlanmayan tortlar, pirojnalar, dondurmalar.