Qadin.NET / Qidaların orqanizmə təsiri

Qidaların orqanizmə təsiri

Qidaların orqanizmə təsiri
Alimlərin qənaətinə görə, bəzi ərzaq növləri doğrudan da orqanizmi cavanlaşdırmaq qabiliyyətinə malikdir. ABŞ və Böyük Britaniya tədqiqatçılarının tərtib etdikləri cədvəldə göstərilir ki, 200-dən çox ərzaq cavanlaşmanı təmin edir.  Bu cədvəl hüceyrələrin qocalmasını araşdırmağa yönəlmiş tədqiqatlar nəticəsində əldə edilmiş ən yeni nəticələrə əsasən formalaşdırılıb. 
Qidaların orqanizmə təsiri

Siyahını diqqətlə oxuyun: 

Çay, alma, qəhvə, brokkoli, şokolad, qara qarağat, pomidor, albalı, şaftalı, nar, portağal, qırmızı üzüm, gavalı, çiyələk, moruq, çörək və ya dənli kəpək, qırmızı soğan, ispanaq.

Meyvə-tərəvəzlərin hər mövsümdə yeyilməsi orqanizmin vitaminlərlə zənginləşməsinə və immunitetin möhkəmlənməsinə səbəb olur. Daha yaxşı olar ki, gündəlik rasionunuza təzə meyvə şirələrini daxil edəsiniz.

Qidaların orqanizmə təsiri
Unutmayın ki, meyvə-tərəvəz şirələrini  təzə ikən içmək lazımdır,   bəzi xanımlar  lazım olandan çox miqdarda meyvə şirəsi hazırlayır, sonra gün ərzində   həm özü, həm də ailə üzvləri vitaminləri yox olmuş o şirəni bəh-bəhlə içirlər. Bu yanlışdır. Unutmayın,  şirə içiləcək qədər hazırlanmalıdır. Bəziləri isə şirə hazırlamağa ümumiyyətlə, tənbəllik edir.  Sağlamlığımız naminə bu "tənbəllikdən" əl çəkməliyik.  smile 
Qidaların orqanizmə təsiri

Dərini yaşlandıran qidaların siyahısına diqqət edək: 

Marqarin: Marqarindəki doymuş yağ turşuları bədən hüceyrələrinə zərər verir  və orqanizmdə yağ kimi toplanır, nəticədə  insanı kökəldir. 

Qəhvə:  İnsulin nisbətini artırdığı üçün orqanizmə ziyan verir. Bundan başqa, stres hormonu “hərəkətə keçir”.
Kök : Kök, banan, üzüm və manqo kimi meyvə və tərəvəzlər qanda şəkəri artırır.
Portağal: Hər nə qədər  vitaminlə zəngin meyvə olsa da şəkəri qaldırır. Bu səbəbdən sağlam şəkildə C vitamini ala biləcəyimiz meyvələr alma və limondur.
Pizza: Pizzadakı karbohidrat yağları yandırmağa mane olur. Amma həftədə bir dəfə yemek zərər vermir.
Spirtli içkilər: Dərini  yaşlandırır.
Şəkər: Şəkərli qidalar qana sürətlə  qarışır və sizi tez  qocaldır.
Qırmızı ət: Qırmızı ət (mal əti, qoyun əti və s. bu kimi ətlər)  də cildə ziyan verir.
Qızartma:  Qızartmalardan uzaq durun.
Ən əsası mövsümə uyğun olmayan meyvə-tərəvəzlərdən  uzaq olmağınız məsləhətdir.
29 mart 2013
GO BACK