Qadin.NET / Mikroelementlər-2

Mikroelementlər-2

 

Selen - Se

 Bu, orqanizm üçün nadir və çox qiymətli elementdir. Antioksidləşdirici kimi çox lazımılıdır. Selen həmçinin bizim orqanizmimizdə zülalların yaranması üçün vacibdir, o, qaraciyərin normal işini “dəstəkləyir”, immun sistemi gücləndirir.

 Siqaret çəkən dəqiqələrdə selenin miqdarı azalır.

 Selenin defisiti sinədə ağrılara səbəb olur,dazlaşma və infeksiyalara meyli gücləndirir.

 Ən yaxşı mənbələr: mayalar, sarımsaq, yumurta, qaraciyər qovurması və balıq.

Silisum - Si

 Ən çox yayılmış elementlərdən biri də silisiumdur.  Orqanizmdə sümüklərin, qığırdaqların,qan damarlarının mühüm hissəsidir. O, bədənimizdə mürəkkəb molekullar yaradır.  Silisium  osteoporozun (sümüklərin zərifliyi) qarşısını alır, dərini,saçları və dırnaqları möhkəmlədir.

Ən yaxşı mənbələr: meyvələr,tərəvəzlər, cod içməli su, qəhvəyi düyü.

Torpağa həddindən çox gübrə qatıldıqda da  silisiumun miqdarı azalır.

Mikroelementlər-2 

    Kükürd - S

Kükürd dərinin təravətli görünməsini və  elastikliyini  tənzimləyir. Saçlarda bol miqdarda kükürd olur. Saçlarda,dırnaqlarda və oynaqlarda zülalın yaranması üçün kükürd vacibdir. Ümumiyyətlə,  kükürd orqanizm üçün çox mühüm rol oynayır. 

Ən yaxşı mənbələr: mal əti, yumurta, molyuskalar və xərçəngkimilər, quş, paxlalar, qurudulmuş şaftalı.

Zülalın olduğu bütün məhsullarda kükürd olur.

Mikroelementlər-2

   Sink – Zn

Sinkin çox miqdarı sümüklərdə olur. 80-dən çox fermetin işləməsində və qırmızı qan hüceyrələrinin (hemoqlabin) yaranmasında mühüm rolu var. Orqanizmin daxili yollarında sink kontrolçu-tənzimçi rolunu oynayır. Əgər uşaqda sink azlığı olarsa, boy artımı əngəllənir və iştaha kəsilir. Sink həm də antioksidləşdiricidir. 

Ən yaxşı mənbələr: ət və ət məhsulları,göbələk, xardal, yumurta, mayalar.

Mikroelementlər-2

Sinkin azalması o deməkdir ki, ərzaqlar həddən çox təmizlənməyə məruz qalır. Sinkin azalmasına səbəb hamiləlik əleyhinə içilən dərmanlar,siqaret və spirtli içkilərdir.

  Hər birinizə sağlam və xoşbəxt həyat arzulayıram. 

30 yanvar 2013
GO BACK