Qadin.NET / Koronavirusla mübarizə aparmağa kömək edən qidalar

Koronavirusla mübarizə aparmağa kömək edən qidalar

 Professor Oğuz Özyaral hesab edir ki, immun sisteminin koronavirusa qarşı mübarizədə güclü olması üçün qidalanmaya ciddi fikir vermək lazımdır.
Professor müsahibəsində mövsümi meyvə-tərəvəzlərə və ev yeməklərinə üstünlük verməyi tövsiyə edib.

“Koronadan sağalmış insanlarda vəziyyət dəyişə bilər. Bəzilərində çox sayda antikor ola, bəzilərində isə ümumiyyətlə, meydana gəlməyə bilər. Bu qrup 2-3 aydan sonra yenidən xəstəliklə qarşılaşa bilərlər. Qrip və yuxarı tənəffüs yolu infeksiyaları kimi təkrar-təkrar qayıtmaq ehtimalı yüksəkdir. İnfeksiya nə qədər tez yayılarsa, simptomlar o qədər sürətli artacaq. Gizli bir infeksiya varsa, gizli daşıyıcıda uzun müddət qalır və çox yayılır.


COVID-19-un dünyaya təsiri 1 ildir davam edir. Hamımız bu virusun hər kəsə xarakterik təsir göstərdiyini gördük. Temperatur qalxır, nəfəs ala bilmirsən. Kimisi nəfəs ala bilir, kimisi yox. Bəzilərində temperatur çox yüksək oldu, bəzilərində isə bu vəziyyət müşahidə olunmadı. Ancaq nəticədə testi pozitiv çıxan insanların müalicəsi üçün tətbiq olunan metodda bir dəyişiklik olmadı. Həmişə eyni sistemi tətbiq etdik” , - həkim qeyd edib.


Həkim əlavə edib ki, şəkər əlavə olunmadan mövsümi meyvələrdən kompot hazırlanıb içilə bilər. Ancaq şəkər əlavə etməmək çox vacibdir, çünki bu virus şəkəri sevir: “Diabet xəstələrində də böyük bir problem var. Niyə kompot tövsiyə edirik? Çünki yemək bişdikcə içindəki fitokimyəvi maddələr maye hissəyə keçir və bədənə daha çox fayda verir. Bibər və pomidor qovrulduqda daha çox likopen alınır. Bu əla C vitamini mənbəyinə çevrilir.

Brokkoli, kələm, kərəviz və kök kimi bəzi tərəvəzlərdə olan liflər çox güclü qidalardır. Bağırsaqlarımız liflə doymuş olmalıdır. Bağırsaqları boşaltmaq digər infeksiya ocaqlarına yol açmaq deməkdir. Digər infeksiya ocaqları isə immunitetin azalmasına gətirib çıxarır”.

Mütəxəssis eyni zamanda uşaqlara bal və bəhməz yedirməyi tövsiyə edib.

29 dekabr 2020
GO BACK