Qadin.NET / İmmun sistemini gücləndirən 10 meyvə

İmmun sistemini gücləndirən 10 meyvə

Qida mütəxəssisləri pandemiya dövründə istifadəsi mütləq olan 10 meyvənin adını açıqlayıb.
Kivi: Yüksək miqdarda C, K və E vitamininə malik kivi vitamin qəbulunda möhtəşəm alternativ yaradır.
Heyva: Şişkinlik və orqanizmin su toplamasına qarşı mükəmməl təbii dərman effekti verən heyva bol şəkildə C vitamininə malikdir. Heyva immun sistemini qüvvətləndirərək allergik reaksiyaların qarşısını almağa yardımçı olur.

Balqabaq: İstər şirniyyatda, istərsə şorbalarda istifadə edə biləcəyiniz təbiət möcüzəsi olan balqabaq alfa və betokeratin mövzusunda bənzərsizdir. Hüceyrələri yeniləyir.

Qreypfrut: Ən ləzzətli və ən faydalı dövrü noyabrda olan qreyfurt ən aşağı kalori miqdarına sahib qidalardandır. Pəhriz saxlayanlar üçün bu dövrdə xüsusi tövsiyə olunur.

Naringi: C vitamini ilə bol olan naringi immunitetin möhkəmlənməsinə yardımçı olur.

Əncir: Təzə, quru və ya mürəbbə formasında istifadə etdiyimiz əncir tarixin ən qədim meyvələrindəndir.

Nar: Təzə sıxılmış suyuna daha çox üstünlük verilən nazir viruslara qarşı qalxan rolunu oynayır.

Alma: Antioksidant deposu olan almanın qabığı ilə istifadəsi tövsiyə edilir.

Armud: Yüksək xolestrol problemi ilə mübarizə aparan insanların bir nömrəli təbii yardımçısı olan armud həm də şirniyyat istəyini sıfıra endirir.

Xurma: Dünyanın ən faydalı və şəfalı meyvələrindən hesab olunan xurma 55% A vitamini, 6 qram fiber, 30% maqnezium və sadəcə 118 kaloriyə malikdir.

8 noyabr 2020
GO BACK