Qadin.NET / Xurmanın faydaları və zərərləri

Xurmanın faydaları və zərərləri

Xurmanın nə qədər faydalı olduğunu bilirsiniz? Bəs hansı halda bu meyvədən imtina etmək daha yaxşıdır.
Xurma bir çox faydalı maddələrə, xüsusən də A, B və C vitaminlərinə sahibdir. Bunlar payızda xüsusilə qiymətli olan vitaminlərdir, immunitet sistemini, sinir sistemini dəstəkləyir və bədənin müxtəlif infeksiyalardan qorunmasına kömək edir. Bu meyvədən həftədə azı iki-üç dəfə təzə halda yemək tövsiyə olunur.


Xurmanın tərkibində olan yod və dəmir çox dəyərlidir, ilin istənilən vaxtında insan orqanizmi üçün zəruridir. Anemiya və ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərə bu meyvəni yemək məsləhət görülür. Bundan əlavə, tərkibində turşu az olduğuna görə xurma mədə xorası və mədə-bağırsaq xəstəlikləri olan insanlara zərər vermir.
Ancaq mədəaltı vəzi və ya böyrək daşları problemi varsa bu meyvəni yeməməlisiniz.


Bu meyvə, üzümdən fərqli olaraq, tərkibində lif var, lakin yüksək kalorili tərkiblidir. Şəkərli diabetlə əlaqədar olaraq, xurmanın istifadəsini gündə bir meyvəyə məhdudlaşdırılmalıdır, çünki sadə karbohidratlar insulinin güclü buraxılmasına səbəb ola bilər.

Sağlam insanlar gündə iki və ya üç meyvə yeyə bilər.

29 sentyabr 2020
GO BACK