Banan
Yorğunluğun qarşısını alan qidalar sırasında ilk banan var. B vitaminləri, lif, potasium, karbohidrat baxımdan zəngin olan banan, enerji mənbəyidir. Həm fiziki, həm də zehni yorğunluqla mübarizə aparır.
Kakao
Ətə nisbətən daha çox dəmir mənbəyi sayılan kakao, B vitaminləri, protein, liflə zəngindir. Stressi və yorğunluğu azaldaraq, enerji verən maqneziumun mənbəyi olan kakao, qatığın içinə əlavə edilərək qəbul edilə bilər.
Qatıq
Yorğunluğun qarşısını alan qidalar arasında olan qatıq, protein, kalsium, maqneziumla zəngindir. Səhər və ya gecə yeyə bilərsiniz.
Yumurta
Yumurta dəmir, E və B2 vitamini ilə zəngindir. Yorğunluğu enerjiyə çevirir. Xüsusilə, idmanla məşğul olanlara tövsiyə edilir.
Alma
A, C, E və B6 vitaminləri ilə zəngin olan alma, vacib lif mənbəyidir. Almanı rahatlıqla siyahınıza əlavə edə bilərsiniz.
Badam
Badam maqnezium, protein, E və B vitaminlərinin mənbəyi sayılır. Xroniki yorğunluqla mübarizə aparır.
Ustaclı