Qadin.NET / Evdə hazırlaya biləcəyiniz sakitləşdirən çaylar

Evdə hazırlaya biləcəyiniz sakitləşdirən çaylar


Çobanyastığı
Çobanyastığı çay olaraq içilən ən məşhur bitkilərdən biridir. Sakitləşdirici xüsusiyyətə malikdir. Təzə çobanyastığını dəmləyin, quru çaylardan daha çox sevəcəksiniz.

Lavanda
Lavanda sakitləşdirən qoxusu var. Südlü içkilərə və şirniyyatlara dad verir. Bir neçə lavandanın çiçəklərini 1 stəkan südlə bişirin.

Nanə
Şişkinlik, narahatlıq hissi varsa, həzm sistemini rahatladan çaylardan içə bilərsiniz. Razyana, zəncəfil bu çaylardan sayılır. Alternativlər arasında ən yaxşı seçim nanədir. Bir dəstə nanəni əzin, isti suya atın və yavaş-yavaş için. 


3 iyun 2020
GO BACK