1. Darçın
Gündə yarım çay qaşığı darçınla insülin həssaslığını artıra və çəkinizi nizamlaya bilərsiniz. Beləliklə, ürək xəstəliyi riskini də azaldarsız.
2. Yaşıl çay
Digər çay yarpaqlarından fərqli olaraq, yaşıl çay qan şəkərini nizamlamağa kömək edir. Bədənin insülini daha yaxşı istifadə etməsinə kömək edir. Güclü antioksidant sayılır.
3. Kətan toxumu
Yüksək lif tərkibi olan kətan toxumu həzm sistemini nizamlamağa kömək edir. Yağların və şəkərin əmilməsinə kömək edir.
4. Kakao
Kakao lif və dəmir baxımından olduqca zəngindir. Tərkibindəki maqnezium baxımından təsirli ərzaqdır. Qan şəkərini azaltmağa kömək edir.