Dəmir – Fe
Orqanizmdən olan bütün dəmir ehtiyatının yarısı hemoqlabin şəklindədir. Hemoqlabin qana qırmız rəng verən maddədir. O, həm də oksigeni ağciyərlərdən bütün bədənə daşıyır. Hemoqlabin çatışmazlığı yorğunluğa və əzələ zəifliyinə gətirib çıxarır.
Dəmir qaraciyər və böyrəklərdə toplanır. Qidalanmada dəmir azlığı olanda ehtiyat dəmir balansı pozulur və anemiya başlayır. Qadınların menstrual qanaxmalarında böyük miqdarda dəmir itkisi olur. Ümumilikdə dəmir itkisi sağlam insnadan daha çox idmançılarda müşahidə olunur.
Digər tərəfdən dəmirin orqanizmdə miqdardan çox olması də hüceyrələrə ziyan vurur. Dəmirin orqanizmdə effektiv işləməsi üçün kalsium və mis lazımdır.
Dəmir tərkibli ərzaqlar: ət (mal əti),qaraciyər və böyrək,çörək,dənli bitkilər,alma,lobya, qoz-fındıq və yaşıl bitkilər.
Dəmir qidada iki formada olur: orqanik və qeyri-orqanik. Orqanik formada dəmir ətdə olur və asan sovrulur. Qeyri-orqanik dəmir isə tərəvəzlərdə olur və həzm olunaraq sovrulması üçün Vitamin C-yə ehtiyac duyur. Kofein və fitin isə bu gedişatı pozur.
Dəmir çatışmayanda dəri solur,alt göz qapağının rəngi qaçır,yorunluq, süstlük, qıcıqlanma, diqqətin və gözlərin zəifləməsi halları yaranır.
Mis-Cu
Mis orqanizmdə bir çox biokimyəvi reaksiyaların əvəz olunmaz komponentidir. Qırmızı qan hüceyrələrinin yaranmasında iştirak edir. Mis həm də antioksidləşdirici təsirə malikdir.
Ən yaxşı mənbələr: qaraciyər qovurması, krab (xərçəng), fındıq ( çərəz) , bütöv dənli yarmalar, mərci, kök və zeytun.
Mis azlığı venaları gözə çarpan edir, dərini solğunlaşdırır,bağırsaq problemləri yaradır. İfrat azlıq isə sümüklərin zəifliyinə, saçların ağarmasına səbəb olur.
Yod – İ
Yod qalxanvari vəzin funksiyasını tənzimləyir ki , o da maddələr mübadiləsini yaxşılaşdırır və çəkini nizama salır. Yod həm də hormonların yaranmasına səbəb olur. Qalxanvari vəzinin fəaliyyəti uşaqların boy artımına təsir edir.
Ən yaxşı mənbələr: dəniz məhsulları, balıq,dəniz yosunları. Orqanizmdə yodun miqdarı gül kələmi,qarğıdalı, batat (şirin kartof) və paxla istifadısi zamanı azalır. Çoxlu dərman qəbul etdikdə də yodun mənimsənilməsi pisləşir.
Molibden-Mo
Molibdenin çox hissəsi qaraciyərlərdə toplanır,sonra dəmirin metabolizminə “xərclənir”. Molibden dişlərin xarab olmasını və impotensiyanın qarşısını alır, orqanizmdən misin artıqlarını uzaqlaşdırmağa kömək edir.
Ən yaxşı mənbələr: qarabaşaq, paxla, buğda şitilləri, qaraciyər qovurması,arpa,yumurta,soya,çörək məmulatları, çovdar.
Hər birinizə xəstəlikdən uzaq sağlam həyat arzulayıram.
XƏBƏR LENTİ
“Luis Vuitton” qoruyucu qalxanını satışa çıxardı
Yuxuda yıxılma hissi
Aya iki bombardmançı təyyarə GÖNDƏRİLİR
Çin xristianlığın yayılmasına qarşı mübarizəni gücləndirəcək
Xoşbəxt olmaq istəyirəm
Püskürən vulkanın altında evləndilər - VİDEO
Bu xəstəliklərin səbəbi telefondur
Ermənilər Kəlbəcərdə məktəbi yandırıblar - VİDEO
Rəqəmlər (5)
Oruc tutarkən enerjili olmaq üçün nə etməli?
Ağardıcı maskalar
Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək? - Rəsmi cavab
Hər qadına lazım olan 15 məsləhət
Ölüm anındakı işığın sirri
Bakının ilk fontan bağı
Hamilə qadının 7 körpəsi olacaq-AZƏBAYCANDA
Putin-Ərdoğan birliyi yaranır?
Doğum gününə görə xarakter (iyul)
Məşhur moda evində QALMQAL-VİDEO
Susuzluğun bədənə təsirləri və nəticələri
Dünya bir pəncərədir
Toy üçün möhtəşəm tortlar
Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA
ABŞ-da həyat iflic oldu: 2500 aviareys təxirə salınd
Tehranda ABŞ səfirliyi yenidən açılacaq?
Sabah havanın temperaturu 34 dərəcə olacaq
Lexus idman maşını oldu
Avtomobillərin dövlət nömrə nişanları dəyişdirilir – QƏRAR VERİLDİ
Uzun və sağlam saçlar üçün
Nazirlik 11 təhlükəli xəstəliyə qarşı hərəkətə keçdi
Günün qoroskopu: Aktiv olun!
Kəndlərimiz ermənilər tərəfindən atəşə tutulur
Detoksdan uzaq olmaq üçün 7 səbəb
Məşhur modelin bu FOTOsu diqqət çəkdi
Miniatür əl işləri
2017/18 qış makiyaj dəbi
Abituriyentlərin qeydiyyat müddəti bu gün bitir
Yazmağa başlayıram - 2
DİQQƏT! Metronun iş qrafiki və qatarların intervalları dəyişir
Özcan Dəniz və xanımı 7 aydan sonra ilk dəfə-FOTO
Prezident: "Getsin, cəzasını çəksin"
Dünya nəhəngləri Rusiyasız toplandılar
Növbəti sammit Astanada olacaq
Cinsi zəka nədir?
Şokoladlı tort (foto resept)
Azərbaycan prezidentinin Almaniyaya işgüzar səfəri başlayıb
Stressdən, depressiyadan necə uzaq ola bilərik?
Günün ulduz falı - 25.12.2013
Bu günün hava proqnozu
Hava haqqında
- ŞƏRHLƏR